"Qalatasaray"dan növbəti transfer

"Qalatasaray" növbəti transferini gerçəkləşdirib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi "Ridinq"də oyanayan Cem Pol Karacanı transfer edib. 26 yaşlı yarımmüdafiəçi ilə üç illik müqavilə imzalanıb. O, üç mövsümün hər birində 600 min avro maaş və oynadığı hər bir matça 15 min avro alacaq.
Qeyd edək ki, C.P. Karacan 2007-ci ildən "Ridinq"də çıxış edirdi.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























