• $
  • €
  • ₽
  • ₺
  • £

Tennis turnirində böyük sürpriz

Tennis turnirində böyük sürpriz
09.07.2015 14:30
Londonda keçirilən Vimbledon tennis turnirində 1/4 final görüşlərinə start verilib.

ANS PRESS-in məlumatına görə, kişilərin mübarizəsində dünya sıralamasında 1-ci olan serbiyalı raketka ustası Novak Cokoviç xorvatiyalı Marin Kiliçlə qarşılaşıb. Serbiyalı idmançı rəqibinə 3:0 (6:4, 6:4, 6:4) hesabı ilə qalib gələrək, nüfuzlu turnirin 1/2 final mərhələsinə vəsiqə qazanıb. Bu uğur Cokoviç üçün ikiqat sevincə səbəb olub. Belə ki, o, kariyerasının 650-ci qələbəsini əldə edib.

Roland Qarros turnirinin son qalibi isveçrəli Stan Vavrinka fransız Riçard Qasquetlə üz-üzə gəlib. Hər kəs isveçrəli idmançının asan qələbə qazanacağını düşünsə də bu baş verməyib. 3 saat 28 dəqiqə davam edən gərgin mübarizədə fransalı raketka ustası 3:2 (6:4, 4:6, 3:6, 6:4, 11:9) hesabı ilə qələbə qazanıb.

Bu gün qadınların mübarizəsində isə turnirin finalçıları məlum olacaq. İlk 1/2 final cütündə ilk dəfə bu mərhələyə vəsiqə qazanan ispaniyalı Qarbine Muquruza, dünya reytinqində 13-cü pillədə qərarlaşmış polşalı Aqneşka Radvanskayala üz-üzə gələcək. 

Günün maraqla gözlənilən qarşılaşması isə "Vimbledon" turnirinin 5 qat qalibi, dünya tennisinin bir nömrəli raketka ustası olan amerikalı Serena Uilyamsla karyerinin ilk çempionluğunu 17 yaşında məhz "Vimbledon" turnirində əldə edən rusiyalı Mariya Şarapova arasında olacaq.

Avstraliya açıq, Roland Qarros və Amerika açıq tenis yarışlarından qayda-qanunlarına görə fərqlənən "Vimbledon" turnirinin mükfat fondu da "qrand-slam”lar içərisində ən yüksəkdir. Yaşıl kortda (tennis meydançası) oynanan və mübarizə aparan raketka ustaları yalnız ağ geyimdə iştirak edir. Turnirin bu mövsüm mükafat fondu 1,88 milyon fund sterlinqdi.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol