İstanbul küçələrindən birinə Ardanın adı veriləcək

İstanbulda küçələrdən birinə "Barselona"nın yeni futbolçusu və Türkiyə millisinin kapitanı Arda Turanın adı veriləcək.
Bu barədə "Sky Sports" xəbər verir.
Qeyd edək ki, yarımmüdafiəçisi İstanbulun Bayrampaşa rayonunda anadan olub və məhz həmin rayonda bir küçənin onun adını daşıyacağı bildirilir.
"Biz Ordu küçəsinin adını dəyişərək Arda Turan edəcəyik. Biz artıq şəhər rəhbərliyinə müvafiq müraciət ünvanlamışıq. Turan bizim fəxrimizdir", - deyə Bayrampaşa rayonun rəhbəri Atilla Aydiner vurğulayıb.
Qeyd edək ki, Arda Turan iyulun 7-i "Barselona"ya transfer olub. Katatoniya klubu 28 yaşlı futbolçunun keçidi üçün Madrid "Atletiko"suna 34 milyon avro ödəyib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























