"Liverpul"un futbolçusu "Mançester Siti"də

"Liverpul”un futbolçusu Rahim Sterlinq komandasını tərk edəcək.
Qol.Az-ın məlumatına görə, gənc yarımmüdafiəçi "Manşester Siti” ilə razılığa gəlib.
"Şəhərlilər” Sterlinq üçün "Liverpul”a 61 milyon avro ödəyəcək. Klub Çempionlar Liqasının qalibi olarsa, daha 7 milyon avro ödəniləcək.
Qeyd edək ki, 20 yaşlı futbolçu "Liverpul”da 95 oyun keçirib, 18 qol vurub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























