Çempionlar Liqasında 12 oyun

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.
Qol.Az-ın məlumatına görə, qitənin ən mötəbər klub turnirinin ilk oyun günündə 12 qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşması Latviyada keçiriləcək. Burada yerli "Ventspils" klubu HİK (Finlandiya) ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Azərbaycanı turnirdə təmsilçisi edəcək "Qarabağ" klubu mübarizəyə sabah qoşulacaq. Qurban Qurbanovun komandası Bakıda Monteneqronun "Rudar" klubu ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:30-da başlayacaq.
Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində daha 5 görüş sabah keçiriləcək.
14 iyul
Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunları
20:30. "Ventspils" (Latviya) - HİK (Finladniya)
22:00. APOEL (Kipr) - "Vardar" (Makedoniya)
22:30. "Mitdilland" (Danimarka) - "Linkoln" (Cəbəllürariq)
22:45. "Ludoqorets" (Bolqarıstan) - "Milsami" (Moldova)
23:00. "Hibernians" (Malta) - "Makkabi" (Təl-Əviv, İsrail)
23:00. "Molde" (Norveç) - "Pünik" (Ermənistan)
23:00. "Skenderbeu" (Albaniya) - "Kruzaders" (Şimali İrlandiya)
23:00. TNS (Uels) - "Videoton" (Macarıstan)
23:30. "Maribor" (Sloveniya) - "Astana" (Qazaxıstan)
23:30. "Trençin" (Slovakiya) - "Styaua" (Rumıniya)
23:30. "Partizan" (Serbiya) - "Dila" (Gürcüstan)
00:00. "Sarayevo" (Bosniya və Herseqovina) - "Lex" (Polşa)
15 iyul
21:30. "Qarabağ" (Azərbaycan) - "Rudar" (Monteneqro)
22:00. "Malmö" (İsveç) - "Jalgiris" (Litva)
22:30. BATE (Belarus) - "Dandalk" (İrlandiya)
23:45. "Seltik" (Şotlandiya) - "Styarnan" (İslandiya)
00:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Fola" (Lüksemburq)
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























