Fabio Kapello Rusiya millisindən getdi

Rusiyanın futbol ittifaqı milli komandanın baş məşqçisi Fabio Capello ilə müqaviləni dayandırıb.
Bu barədə təşkilatın rəsmi saytı məlumat yayıb.
Məlumata görə, müqavilənin vaxtından əvvəl pozulması tərəflərin razılığı ilə olub.
İdman saytlarının məlumatına görə, Rusiya tərəfi müqavilənin vaxtından əvvəl pozulmasına görə, Capelloya 930 milyon rubla yaxın kompensasiya ödəməlidir.
Fabio Capello Rusiya millisini 2012-ci ildən çalışdırırdı.
2014-cü ildə uzadılan müqavilədə Capellonun illik gəliri təxminən 7 milyon avro idi.
Bundan başqa məşqçiyə əlavə bonuslar verilməli idi.
Hələlik yeni məşqçinin adı açıqlanmayıb. /Azadliq.org
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























