Azərbaycan yığmalarında çalışan məşqçilər bir-biri ilə ailə qurdu

Azərbaycanın sərbəst güləş və bədii gimnastika üzrə yığma komandalarında çalışan əcnəbi məşqçilər bir-biri ilə ailə qurub.
"Report"un məlumatına görə, yeniyetmə güləşçilərdən ibarət millinin məşqçisi Mariyan Stoynevlə bədii gimnastika yığmasının köməkçi-məşqçisi Yasena Kuyumciyeva Bolqarıstanda nikaha giriblər.
Onların toyu Sofiyadakı "İzbata" kompleksində olub. Mərasimə Azərbaycanın bədii gimnastika üzrə millisinin baş məşqçisi Mariana Vasilyeva və "Bakı 2015" I Avropa Oyunlarında 5 medal qazanmış idman gimnastı Oleq Stepko da qatılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























