• $
  • €
  • ₽
  • ₺
  • £

Pele ağır əməliyyat keçirdi

Pele ağır əməliyyat keçirdi
20.07.2015 22:22
Əfsanəvi idmançının bu gün evə buraxılması gözlənilir.

Əfsanəvi braziliyalı futbolçu Pelenin vəziyyəti yenidən pisləşib və o, San-Paulonun cənubunda yerləşən xəstəxanaya yerləşdirilib.

ANS PRESS-in məlumatına görə, müayinə zamanı futbolçunun onurğasında problem aşkarlanıb və dərhal əməliyyat edilib.

İyulun 18-də məlum olub ki, 74 yaşlı Pele beş gün əvvəl Albert Eynşteynin xəstəxanasına çatdırılıb və onurğa sütununda ciddi problem üzə çıxıb. Əfsanəvi idmançının bu gün evə buraxılması gözlənilir. Daha çox Pele kimi tanınan Edson Arantis du Nasimentin sağlamlıq vəziyyəti yaxşılaşır.

"Futbolun kralı" sayılan Pele 2015-ci ilin mayında prostat vəzinin hiperplaziyası haqqında San-Pauloda əməliyyat olunub. O zaman həkimlər onda onkoloji xəstəlik aşkar etməyiblər. Keçən ilin sonunda məşhur futbolçu hemodializ kursu keçsə də, həkimlər nəticədə bunu dayandırıblar.

Üçqat dünya çempionu son bir il ərzində 5 dəfə xəstəxanaya düşüb. Əvvəl braziliyalı mədə ağrıları səbəbindən xəstəxanaya yerləşdirilib, sonra böyrəklərindən əməliyyat olunub. Daha sonra Pele sidik yollarının infeksiyasına görə xəstəxanaya müraciət edib. 

Pele və Braziliyanın keçmiş prezidenti Luis İnasiu Lula

Pele Santosda təqdimat mərasimlərindən birinə getməyi planlaşdırarkən, qəfildən qarın nahiyəsində şiddətli ağrılar baş verib və xəstəxanaya yerləşdirilib. Futbolçu həkimlərdən tərəfindən müayinə edildikdən sonra əməliyyat olunub və əməliyyatı uğurla başa çatıb. 

Xatırladaq ki, tanınmış futbolçu iki il əvvəl də Albert Eynşteyn adına xəstəxanada sağ ombasından əməliyyat olunub.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol