İspaniya Avropa çempionu oldu

19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçirilən Avropa çempionatının yeni qalibi müəyyənləşib.
Qol.Az-ın məlumatına görə, finalda İspaniya və Rusiya yığmaları üz-üzə gəlib.
Oyun İspaniya millisinin qələbəsi ilə başa çatıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn ispanlar Avropa çempionu adını qazanıblar.
Qeyd edək ki, Rusiya millisinin heyətində çıxış edən əslən azərbaycanlı futbolçular - Ramil Şeydayev və Ayaz Quliyev 90 dəqiqə meydanda olub.
19 iyul
Avropa çempionatı, final
İspaniya - Rusiya - 2:0
Qollar: Mayoral, 39 (1:0), Nahuel, 78 (2:0)
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























