"Ayntraxt" - "Lids" matçından sonra 900 azarkeşin iştirakı ilə dava

Avstriyada Almaniyanın "Ayntraxt" və İngiltərənin "Lids" komandaları arasında keçirilmiş yoldaşlıq görüşü azarkeşlərin davası ilə yekunlaşıb.
"Report"un məlumatına görə, matçın ardından fanatlar kütləvi toqquşmada iştirak ediblər.
Davada "Ayntraxt"ın 200, "Lids"in 700 tərəfdarı vuruşub. Matç "Ayntraxt"ın qələbəsi ilə yekunlaşıb - 2:1.
Qeyd edək ki, qalib komandanın heyətində Azərbaycan yığmasının qapıçısı Emil Balayev yer almayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























