• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycan artıq 6 top buraxan komanda deyil" – Prosineçki

"Azərbaycan artıq 6 top buraxan komanda deyil" – Prosineçki
22.07.2015 21:36
"Avropanın bir sıra məşqçiləri Azərbaycan millisini çalışdırmaq istəyirdi. Hətta Frank Raykard. Berti Foqtsun komandası seçmə mərhələdə keçirdiyi 4 oyunun hamısında uduzmuşdu. Bundan pis nəticə ola bilməzdi".

Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlamasında deyib.

Azərbaycan millisinin baş məşqçi vəzifəsinə gətirilməsinin səbəbini açıqlayan xorvatiyalı mütəxəssis deyib: "Niyə məhz məni seçdilər? Parisdəki görüş zamanı ailəmlə birgə Azərbaycada yaşamağa razılaşdığımı və bütün gücümü yığmaya həsr etməyə hazır olduğumu bildirdim. Üstəlik sələfim, Berti Foqts kimi futbolla yanaşı, qolf oynamağa da məkan axtarmayacağımı dedim. "Avro-2016"nın seçmə mərhələsində ilk oyunumda Maltanı 2:0 hesabı ilə məğlub etdik. Norveçlə isə səfərdə 0:0 bərabərə qaldıq. Həmçinin komandanın fiziki durumu yaxşılaşdı".

"Dəqiq bilmirəm, ancaq Azərbaycan yığması daha öncə Norveçlə bir neçə qarşılaşıb və heç birində 1 xal belə əldə etməyib. Səfərdə Norveçlə 0:0 bərabərə qalmaq Azərbaycan üçün əla nəticədir. Malta ilə oyun psixoloji cəhətdən mənim üçün çətin matç idi. Həmin görüşdə qələbə qazanmalı idik ki, bunu da bacardıq. Biz artıq Xorvatiyada 6 top buraxan komanda deyilik. Azərbaycan millisi hazırda yüksək motivasiyalı komandadır" - deyə Prosineçki bildirib.

O, həmçinin sentyabr ayında seçmə mərhələ çərçivəsində qarşılaşacaqları Xorvatiya ilə oyuna da toxunub: "Mənə qədər Azərbaycan millisi seçmə mərhələnin 4 oyununda uduzmuşdu. Azərbaycan yığmasının Avropa çempionatının final mərhələsinə iddia etməsi üçün sehr lazımdır. Ancaq mən əminəm ki, Xorvatiyaya qarşı yaxşı oyun sərgiləyəcəyik. Bakıdakı oyun rəqibin ulduz futbolçuları üçün asan gəzinti olmayacaq. Bəli, Xorvatiya yığması dünyanın ən yaxşı 10 komandası sırasındadır. Onların heyətində olan futbolçular dünyanın ən yaxşı klublarında çıxış edir. Xorvatiya mənim sevimli komandamdır. Ancaq onlara qarşı Bakıdakı görüş tamamilə fərqli oyun  olacaq. Bu, təhdid deyil. Əksinə inanıram ki, futbolçularım bu oyunda əlindən gələni edəcəklər.

Təbii ki, bu oyun bizim üçün elə də böyük əhəmiyyət kəsb etmir. Ancaq məğlub olmaq istəmirik. Xorvatiya liderliyini qorumaq üçün qələbəyə oynayacaq. Biz də bundan maksimum yararlanaraq rəqibdən xal almağa çalışacağıq. Bakıdakı oyunda əsasən Mandzukiçə diqqət yetirmək lazımdır. Çünki o, komandada daha çox iş görür. Onunla yanaşı, Modriç və Rakitiçi də diqqətdən kənar qoymaq olmaz. Perişiç isə hazırda Xorvatiyada ən yaxşı futbolçulardan biridir. O, həm müdafiədə, həm də hücumda yaxşı təsir bağışlayır. Texnikası və sürəti ilə ondan hər zaman qol gözləmək olar. Bu səbəbdən Perişiçə qarşı da ehtiyatlı oynamalıyıq".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol