• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı gələn il üç Dünya Kuboku yarışına ev sahibliyi edəcək

Bakı gələn il üç Dünya Kuboku yarışına ev sahibliyi edəcək
24.07.2015 23:00
Finlandiyanın paytaxtı Helsinkidə Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından (AGF) apasport.az saytına verilən məlumata görə, yığıncaq çərçivəsində gimnastika dünyasında alınmış vacib qərarlarla yanaşı, 2016-cı ildə Dünya Kuboku mərhələsi yarışlarının keçiriləcəyi məkanlar təsdiqlənib.

AGF-in Bakıda üç Dünya Kuboku turnirinin keçirilməsi ilə bağlı irəli sürdüyü namizədlik təsdiqlənib və Prezident Komissiyasının üzvləri bu yarışların təşkilini federasiyamıza həvalə edib. Nəticədə paytaxtımız idman gimnastikası üzrə "Challenge Cup" seriyasından olan Dünya Kubokunun nümayəndə heyətlərini 2016-cı il fevralın 19-21-də qəbul edəcək.

İdman gimnastikasının ardınca, martın 5-6-da dünyanın tanınmış batutçuları Bakıda təşkil olunacaq Dünya Kuboku yarışında mübarizə aparacaqlar. Bununla da paytaxtımız 2016-cı ildə sözügedən bu iki gimnastika növü üzrə Dünya Kubokunu qəbul edəcək ilk şəhər olacaq.

Bədii gimnastika üzrə Dünya Kuboku mərhələsi isə Rio-de-Janeyro-2016 Olimpiya Oyunları ərəfəsində - iyulun 22-24-də baş tutacaq.

Artıq 2003, 2004 və 2005-ci illərdə ölkəmizdə təşkil olunmuş bədii gimnastika üzrə Dünya Kuboku mərhələlərindən fərqli olaraq, idman və batut gimnastikası üzrə bu növ yarışlar ölkəmizdə ilk dəfə olaraq təşkil olunacaq.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol