• $
  • €
  • ₽
  • ₺
  • £

"Seltik" klubunun məşqçisi: ""Qarabağ" hədəflərimiz üçün təhlükədir"

"Seltik" klubunun məşqçisi: ""Qarabağ" hədəflərimiz üçün təhlükədir"
27.07.2015 17:09
Ronni Deyla: ""Qarabağ" kifayət qədər güclü texnikiya malik komandadır

Şotlandiyanın "Seltik" klubunun baş məşqçisi Ronni Deyla oyunçularına Azərbaycanın "Qarabağ" klubunun Çempionlar Liqasında komandasının hədəfləri üçün böyük təhlükə yaratdığını bildirib.

"Report"un Daily Record-a istinadən verdiyi xəbərə görə, R.Deyla qeyd edib ki, Reynaldo kimi hücumçusu olan "Qarabağ" komandası ilə oyunda onun klubu daim ayıq olmalıdır.

"Biz bazar ertəsi və ya çərşənbə axşamı oyunçularımıza "Qarabağ" klubunun oyunlarının videogörüntülərini göstərmək niyyətindəyik. Bu, bizim üçün çox böyük çağırış olacaq",- baş məşqçi bildirib. O vurğulayıb ki, "Qarabağ" kifayət qədər güclü oyun texnikasına malik komandadır.

R.Deyla deyib ki, tərkibində bir neçə braziliyalı və bir ispan oyunçusu olan "Qarabağ" hücum üslubunda oyun nümayiş etdirməyə üstünlük verəcək.

"Komandanın müdafiəçiləri kifayət qədər aqressivdilər, ona görə də, oyunda müxtəlif taktiki gedişlərdən istifadə olunacaq və matç yüksək tempdə keçəcək", - o bildirib.

Mütəxəssis deyib ki, "Qarabağ" klubu tədricən öz göstəricilərini yüksəldən bir komandadır, ona görə də, qarşıdakı oyun "Seltik" üçün çətin olacaq. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol