• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarabağ”ın oyunçusu: Ermənilər və azərbaycanlılar bir-birinə nifrət edirlər

“Qarabağ”ın oyunçusu: Ermənilər və azərbaycanlılar bir-birinə nifrət edirlər
28.07.2015 11:52
"Ölkə gözəldir, paytaxt Bakı şəhəri Dubaya bərabər səviyyədədir”.

"Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiyanın "Seltik" klubuna qarşı oyunlar öncəsi ESPN nəşrinə açıqlama verib. 

Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

"Çox insan Azərbaycan çempionatını tanımır. Amma mən şan-şöhrət axtarmıram, ailəmə kömək etməyə çalışıram. Premyer Liqa güclü olmaya bilər, amma maliyyə baxımından vəziyyət yaxşıdır. Ölkə gözəldir, paytaxt Bakı şəhəri Dubaya bərabər səviyyədədir. Kluba ciddi maliyyə vəsaiti yatırılır. İş strukturu fantastikdir. Komandanın artıq yeni gözəl stadionu var. Çox yaxşı məşq meydançamız var".

"Qarabağ"ın doğma Ağdamda yox, Bakıda oynamasına toxunan Almeyda buna da aydınlıq gətirib:

"Müharibə komandamıza da təsirsiz ötüşməyib. Bu haqda mənə çox danışıblar. Qonşu Ermənistanla münaqişə çox ciddidir. Nə onlar Azərbaycana gələ bilirlər, nə biz oraya gedə bilirik. Müharibə həmişə ağırdır. İndi sözün həqiqi mənasında bu iki xalq bir-birini görmək belə istəmir".

"Rus dilində danışanlar çox olsa da, Azərbaycan müsəlman ölkəsidir. Müsəlmanlar çoxluq təşkil edirlər. Burada siz alkoqolları, terroristlərə rast gələ bilməzsiniz. Amma qadınlar təsadüfi hallarda tək gəzirlər, onları daim müşaiyət edən yaxınları olur. Ailəm, həyat yoldaşım buranı çox sevir. Baxmayaraq ki, mənim arzum daha güclü çempionatlarda top qovmaqdır. Bu, alınmasa, elə Azərbaycanda qalmaq istəyərdim".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol