• $
  • €
  • ₽
  • ₺
  • £

“Azəryol” daha 2 voleybolçu aldı

“Azəryol” daha 2 voleybolçu aldı
28.07.2015 14:33
"Azəryol” heyətini gücləndirməkdə davam edir. 

Apasport.az saytının məlumatına görə, Azərbaycanı CEV kubokunda təmsil edəcək Bakı təmsilçisi daha 2 voleybolçunun keçidini rəsmiləşdirib.

Yeni mövsümdə tailandlı Malika Kanzonq və amerikalı Loren Vayt komandanın uğurları üçün çalışacaq. Hücumçu olan hər 2 legionerlə 1 illik razılıq əldə olunub.

Onlardan Kanzonq Azərbaycan Super Liqası üçün tanış simadı. 177 sm boya malik 28 yaşlı Malika 2012/2013 mövsümündə "İqtisadçı”da oynayıb və çempionatı gümüş medalla bitirib.

Tailand millisinin universal voleybolçusu tarixə qovuşan Bakı klubundan ayrıldıqdan sonra "Jakarta Pertamina” (İndoneziya) və "Naxonnont”ın (Tailand) formasını geyinərək, birincilərlə ölkə çempionu olub. Kanzonq, həmçinin "Federbrau” (Tailand, 2008-2009), "Ereğli Belediyyəspor” (Türkiyə, 2009-2010), "Fujian” (Çin, 2010-2011), "Çanq” (Tailand, 2010-2011) və "Saijo Denki” (Tailand, 2011-2012) klublarında da çıxış edib. 3 dəfə Asiya Çempionlar Liqasının qalibi olan (2009, 2010, 2011) hücumçu 2012-ci ildə bürünc medalla kifayətlənib. O, həmin voleybol ilində Tailand çempionluğunu da qazanıb.

Millisinin heyətində Asiya çempionatının 2 dəfə qızıl (2009, 2013) və 2 dəfə bürünc mükafatına (2007, 2015) yiyələnən voleybolçu 2009-cu ildə topu oyuna ən yaxşı qəbul edən seçilib. O, bununla yanaşı 2012-ci ildə qitə kubokunun çempionu adına sahib olub. Malika analoji yarışın 2008-ci ildə bürünc, 2 il sonra gümüş medalını qazanıb.

"Azəryol”un digər yeni oyunçusu Vayt ölkəsinin Corc Vaşinqton Universitetinin komandasından transfer olunub. Böyük perspektiv vəd edən və ixtisasca riyaziyyatçı olan 24 yaşlı voleybolçu əsasən ABŞ-da məktəblərarası və universitetlərarası yarışlarda adından söz etdirib.

Qeyd edək ki, Bakı klubu daha öncə Kinqa Kasprjak (Polşa), Stefani Niemer, Janell Saykes (hər ikisi ABŞ) və Marin Apitzlə (Almaniya) müqavilə bağlayıb

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol