"Qəbələ"də "Apollon"la oyun öncəsi itki

"Qəbələ" komandası Kipr "Apollon"u ilə keçirəcəyi Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu öncəsi futbolçu itkisi ilə üzləşib.
Klubdan "Report"a verilən məlumata görə, yarımmüdafiəçi George Floresku son məşqlərdən birində qasıq nahiyəsindən zədələnib.
Həkimlər onun bir həftəyədək məşq etməsinə icazə verməyiblər. Bu səbəbdən, rumıniyalı legioner komanda ilə birgə səfərə çıxmayacaq. 31 yaşlı oyunçu, çox güman ki, cavab matçını da buraxmalı olacaq. Floresku daha öncə Serbiya "Çukariçki"si ilə Avroliqanın II təsnifat mərhələsinin cavab oyununda sarı vərəqə limitini keçdiyi üçün çıxış etməyib.
Əvəzində daha bir yeni transfer Ermin Zets Kiprə aparılacaq. Bosniya və herseqovinalı hücumçu bu gün sifariş ərizəsinə əlavə olunacaq.
Qeyd edək ki, "Qəbələ" "Apollon"la oyuna sabah saat 12:00-da Bakı - Larnaka çarter reysi ilə yollanacaq. İyulun 30-da "Antonis Papadopulos" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























