Meksika millisinin baş məşqçisi işdən qovuldu

Meksika millisinin CONCACAF kubokunun finalında qələbə qazandığı günün səhəri Migel Errera komandanın baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb.
Oxu.Az "İnterfaks”a istinadən xəbər verir ki, baş məşqçinin istefaya göndərilməsinə səbəb jurnalist Kristian Martinoliyə əl qaldırması olub.
Errera ona hücum edərək boynundan vurub. Martinoli dəfələrlə Meksika yığmasının iş üsullarını tənqid edib.
Migel Errera Meksika yığmasına 2013-cü ildən rəhbərlik edir. CONCACAF kubokunun finalında meksikalılar Yamayka üzərində 3:1 hesabı ilə qələbə çalıblar.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























