• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya futbolunda "Hyundai" bombası

Dünya futbolunda "Hyundai" bombası
30.07.2015 22:05
Dünya futbolunda "Hyundai" bombası.

ANS PRESS-in məlumatına görə, Cənubi Koreyadan olan iş adamı Çunq Monq-joon Jozef Blatterin yerinə iddia irəli sürüb. Koreyalı iş adamı FİFA prezidenti olmaq istəyir.

FIFA-nın keçmiş vitse prezidentlərindən biri və avtomobil istehsalı nəhəngi olan "Hyundai"nin ən böyük hissədarı olan Çung bu barədə açıqlamanı özü verib. İngiltərə mətbuatına açıqlamasında o deyib ki, rəqibi, UEFA rəhbəri Mişel Platini FİFA üçün doğru bir namizəd deyil.

"Əgər mən seçilsəm lüks ofisdə kef çəkməyəcəyəm. Mənim işim FİFA-nı dəyişdirmək olacaq". O, Platinin islahatlar edə bilməyəcəyini iddia edib. "Cənab Platinidən islahat gözləmək yersizdir. O, FİFA-nın indiki fəaliyyətini dəstəkləyir və qurumun bu günki vəziyyətinin səbəbkarlarındandır. FİFA-nın artıq avropalı olmayan bir prezidentinin olması vaxtı çatıb. Çünki indi bu qurum Blatter və dostlarının nəzarətində olan təşkilata çevrilib".

"Forbes"in hesablamalarına görə, Çunq ən zəngin insanlar siyahısındadır. 63 yaşlı iş adamının sərvəti 1,2 milyard dollar civarında qymətləndirilir.

Xatırladaq ki, FİFA-nın prezidenti postuna əfsanəvi argentinalı Dieqo Armando Maradona və UEFA prezidenti Mişel Platini də iddialıdır.

Ümumiyyətlə, bunadək FİFA prezidentliyinə 5 nəfərin namizədliyi verilib. Bunlar Fransa millisinin keçmiş üzvü David Jinola, braziliyalı keçmiş futbolçu Artur Ziko, Cənubi Koreya Futbol Assosiasiyasının keçmiş prezidenti Çon Moncun, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn və Liberiya Futbol Assosiasiyasının prezidenti Musa Bilitidir.

Jozef Blatter bu ilin mayında 5-ci dəfə FİFA-ya prezident seçilsə də iyunun 2-də istefa verib. Bu FİFA-nın Sürixdəki ofisinə polis reydi və təşkilatın bir neçə keçmiş və indiki məsul işçilərinin habsindən 2 gün sonra baş verib.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol