• $
  • €
  • ₽
  • ₺
  • £

"Qarabağ" - "Seltik" biletləri bu həftə satışa çıxır

"Qarabağ" - "Seltik" biletləri bu həftə satışa çıxır
31.07.2015 16:06
Futbol üzrə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ" və Şotlandiyanın "Seltik" komandaları arasında baş tutacaq oyununun biletləri bu həftə satışa çıxır.

Bu barədə "Qarabağ" futbol klubunun mətbuat katibi Nurlan İbrahimov ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, həftənin bazar günü - yəni avqustun 2-si biletlər Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışa çıxarılacaq.

Biletlərin qiyməti sektorlardan asılı olaraq 1-10 azn arasında dəyişəcək. VİP sektorda matçı izləmək istəyənlər isə 50 azn-dən keçməli olacaq. Hər bir azarkeş maksimum 3 bilet ala bilər. "Qara bazar"ın qarşısını almaq üçün xüsusi mühafizə xidmətinin əməkdaşları da satış müddətində kassa qarşısında xidmət çəkəcəklər.

"Qarabağ" - "Seltik" matçı avqustun 5-i Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Qarşılaşmanın start fiti saat 21:30-da veriləcək. Bu komandalar arasında Şotlandiyada baş tutan qarşılaşmada "Seltik" 1:0 hesabı ilə qalib gəlmişdi.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol