• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni qızının Bakıda böyük qələbəsi

Erməni qızının Bakıda böyük qələbəsi
02.08.2015 19:00
Avqustun 2-də qadınlar arasında "Baku Cup-2015” beynəlxalq tennis turniri başa çatıb. Bakı Tennis Akademiyasının üç kortunda keçirilən yarışlarda 20-dək ölkənin təmsilçiləri qələbə uğrunda mübarizə aparıblar.

İyulun 27-dən başlayan turnirin yarış fondu 250 min ABŞ dolları olub.

AZƏRTAC xəbər verir ki, təkbətək görüşlərin finalında Marqarita Qasparyan (Rusiya) və Patrisiya Mariya Tiq (Rumıniya) qarşılaşıblar. Oyun 2:1 ümumi hesabla Rusiya idmançılarının (6:3, 5:7, 6:0) xeyrinə qurtarıb.

Qalibə kubok təqdim edilib. O, 280 reytinq balı və 43000 ABŞ dolları qazanıb. Digər finalçı 180 bal və 21400 ABŞ dolları əldə edib.



Qoşa görüşlərin final matçında Vitaliya Dyaçenko (Rusiya) / Olqa Savçuk (Ukrayna) cütlüyü Marqarita Qasparyan / Aleksandra Panovaya (Rusiya) qarşı oynayıb. Sonuncular 2:0 hesabı ilə qələbə qazanıblar (6:3, 7:5). Onlar 280 reytinq balı əldə ediblər. Cütlüyə kubok və 12300 ABŞ dolları təqdim olunub. Digər cütlük isə 180 bal və 6400 ABŞ dolları qazanıb.

Təntənəli bağlanış mərasimində turnirin qalibləri yarışların yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

Turnirin direktoru, vaxtilə məşhur tennisçi olan Leyla Mesxi mərasimdə çıxış edərək vurğulayıb ki, "Baku Cup-2015” beynəlxalq idman təqvimində xüsusi yer tutur və nüfuzu ildən-ilə yüksəlir. O, turnirin keçirilməsində göstərilən dəstəyə görə Heydər Əliyev Fonduna minnətdarlıq edib.

Turniri Milli Məclisin deputatları, habelə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin əməkdaşları izləyiblər.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol