• $
  • €
  • ₽
  • ₺
  • £

Superliqada 10 ulduz

Superliqada 10 ulduz
04.08.2015 22:17
UEFA Türkiyədə ən uğurlu karyera qurmuş ulduz futbolçuların adlarını açıqlayıb.
 
Apasport.az-ın qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, ilk "10-luq”da "Qalatasaray”ın oyunçuları çoxluq təşkil edirlər.

Bu yay Türkiyəyə ulduz futbolçu axınının olması diqqət çəkir. Belə ki, Robin van Persi, Luiş Nani, Lukas Podolski, Mario Qomes və Samuel Eto kimi məşhur simalar yeni mövsümdən Türkiyə Superliqasında mübarizə aparacaqlar.

UEFA da indiyə qədər Türkiyədə çıxış etmiş ulduz futbolçularla bağlı araşdırma aparıb və onların arasından ən uğurlu 10 oyunçunu müəyyənləşdirib. "Qalatasaray”ın "qızıl heyət”ində yer almış və 2000/01 mövsümündə UEFA Kubokunu qazanmış komandanın 3 üzvü "10-luğ”a düşüb. Həmin il Avropa Superkubokunun qazanılmasında böyük rol oynamış Mario Jardel və "sarı-qırmızılılar”ın heyətində il yarım çıxış etməsinə baxmayaraq, komandanın Çempionlar Liqasında (2012/13) 1/4 finala qədər irəliləməsində əməyi olmuş Didye Droqba da "10-luğ”a düşməyi bacarıb.

"Fənərbaxça”nın əfsanəvi braziliyalısı Aleks de Souza, həmçinin 5 il "sarı-lacivərdlilər”in müdafiə xəttinin dirəyi olmuş Dieqo Luqano, eləcə də klubda uğurlu 2 mövsüm keçirmiş Pyerr van Hoydonk da fərqləndiriliblər.

Türkiyənin digər "böyükləri” "Beşiktaş” və "Trabzonspor” isə hərəyə 1 oyunçu ilə təmsil olunublar. UEFA istanbulluların ən uğurlu əcnəbisi kimi Tomas Sivoku, "Trabzonspor”da isə Şota Arveladzeni hesab edib.

Türkiyədə ən uğurlu karyera qurmuş ulduz futbolçular bunlardı:

Georgi Haci (Rumıniya – "Qalatasaray”, 1996–2001)
Aleks de Souza (Braziliya – "Fənərbaxça”, 2004–2012)
Georgi Popesku (Rumıniya – "Qalatasaray”, 1997–2001)
Dieqo Luqano (Uruqvay – "Fənərbaxça”, 2006–2011)
Didye Droqba (Fil Dişi Sahili – "Qalatasaray” – 2013-14)
Tomas Sivok (Çexiya – "Beşiktaş”, 2008–2015)
Pyerr van Hoydonk ("Fənərbaxça” – Hollandiya, 2003–2005)
Şota Arveladze (Gürcüstan, "Trabzonspor”, 1993–1997)
Mario Jardel (Braziliya – "Qalatasaray”, 2000-2001)
Klaudio Taffarel (Braziliya – "Qalatasaray”, 1998–2001)


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol