UEFA “Qarabağ”dan razı qaldı

Ötən gün Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ” – "Seltik” matçında diqqət çəkən məqamlardan biri də media sektorundakı yenilik idi. Belə ki, media nümayəndələrinin işinin asanlaşdırılması üçün onlara ayrılmış yerlərə hər kəsin adı yazılmış və şəkli yapışdırılmışdı. Bu isə UEFA nümayəndələrinin diqqətindən yayınmayıb.
Qitənin ali futbol qurumunun media və yayım işləri üzrə nümayəndəsi Ditmar Haus Ağdam klubunun bu addımından məmnun qalıb.
Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.Az-a açıqlamasında deyib:
"UEFA Çempionlar Liqasının qrup mərhələsinə doğru gedən komandaların oyununa iki nümayəndə göndərir. Bunların biri təşkilati, digəri isə media və yayım işlərinə nəzarət edir. Dünənki oyunda da həmin nümayəndələr iştirak edirdi. Matçdan sonra media və yayım işləri üzrə nümayəndə Ditmar Haus bizə bildirdi ki, 10 ildən artıqdır bu sahədə çalışmasına baxmayaraq, ilk dəfədir ki, belə xoş sürprizlə rastlaşır. Qeyd etdi ki, gələcəkdə bunun tədbiq olunmasını UEFA-ya tövsiyə edəcək. Ümumilikdə UEFA nümayəndələri klubumuzun təşkilati və media ilə bağlı işindən çox razı qalıb”.
N.İbrahimov eyni zamanda dünən media nümayəndələrinin işinin asanlaşdırılmasına köməklik göstərdiyi üçün həmkarları Rüstəm Allahverdiyev, Elgiz Abbasov və Rəşad Məmmədova təşəkkür edib.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək