• $
  • €
  • ₽
  • ₺
  • £

​Çin daha bir devalvasiya qərarı qəbul edib

​Çin daha bir devalvasiya qərarı qəbul edib
13.08.2015 11:30
 Çin Mərkəzi Bankı (ÇMB) avqustun 13-də, ardıcıl olaraq üçüncü gün milli valyutanın devalvasiyasını həyata keçirib. 

Bu gün ÇMB yuanı daha 1,1% ucuzlaşdırıb. Bununla da, dolların məzənnəsi 6,401 yuan səviyyəsinə yüksəlib.

"Report"un verdiyi xəbərə görə, ÇMB-nin bugünkü qərarı ilə yuan son üç gündə toplam olaraq 4,6% devalvasiyaya məruz qalıb.

ÇMB dünən həyata keçirdiyi devalvasiyanın son olduğunu bildirsə də, bugünkü növbəti devalvasiya qərarını "yuanın münasib məzənnə axtarışında olması" fikri ilə izah edib. Bu açıqlama qlobal maliyyə bazarlarında yuanın növbəti günlərdə devalvasiya oluna bilməsi ehtimalını gücləndirib.

Qeyd edək ki, son üç gündə yuanın devalvasiyası Uzaq Şərq ölkələrinin çoxunun milli valyutalarını devalvasiya etməsinə səbəb olub. Devalvasiya qərarları ölkələrin ixrac potensialının gücləndirilməsi məqsədi ilə qəbul olunub.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol