Səddam Hüseynin qardaşının meyiti oğurlandı

İraqın keçmiş prezidenti Səddam Hüseynin vəfat edən ögey qardaşı Vatban İbrahim əl-Hasanın cənazəsinin Bağdadda qaçırıldığı iddia olunur.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, cənazəsi ilə birlikdə əl-Hasanın arvadı da qaçırılıb. Elbu Nasir aşırətinin lideri Şeyx Hasan el-Neba Vatbanın arvadının sağ qalıb-qalmaması ilə bağlı hər hansı məlumata malik olmadıqlarını və axtarışların davam etdiyini deyib.
Hazırkı İraq hökumətinin Ədalət Nazirliyi ötən həftə Səddam Hüseynin qardaşı Vatbanın həbsxanada öldüyünü rəsmi şəkildə bilrdirmişdi.
www.ann.az
























