• $
  • €
  • ₽
  • ₺
  • £

“Windows 10” noutbuk bazarını canlandıra bilməyəcək

“Windows 10” noutbuk bazarını canlandıra bilməyəcək
18.08.2015 22:12
Ekspertlərin proqnozuna görə, 2015-ci ildə qlobal noutbuk tədarükü 165 milyona yaxınlaşacaq ki, bu da təxminən 1 il əvvəlki göstəriciyə uyğundur.

Yeni "Windows 10” əməliyyat sistemi noutbuk bazarına kömək edə bilməyəcək, çünki "Microsoft” korporasiyası "Windows 8.1” və "Windows 7” istifadəçilərinə yeni proqram platforması üçün pulsuz yeniləmə təklif edir, nəticədə fərdi kompüter sahibləri yeni qurğu satın almaq məcburiyyətində deyillər.
 
 
"ABI Research” şirkəti noutbukları dörd kateqoriya üzrə qruplaşdırır: netbuklar, ənənəvi leptoplar, ultraportativ FK (bu kateqoriyaya ultrabuk və hibrid aparatlar şamil edilir ) və xrombuklar.
 
Gözləntilərə görə, cari ildə xrombukların tədarükü qlobal miqyasda 35 faiz artaraq 7 milyon təşkil edəcək. Hələ ki Şimali Amerikanın təhsil sektoru bu bazarın artımına təsir göstərən əsas amildir.
 
"ABI Research”in tədqiqatlar üzrə direktoru Ceff Orr bildirir ki, 2015-ci ildə, həmçinin ultraportativ kompüterlərin satış həcmi artacaq, çünki bu tip qurğular nazik və yüngül konstruksiyaya malikdir, həmçinin planşetlərə çevrilə bilir. Bu seqmentin lideri "Apple MacBook Air” qurğusudur. //ictnews.az

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol