• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya müsəlmanları da Həcc ziyarətindən imtina edirlər

Rusiya müsəlmanları da Həcc ziyarətindən imtina edirlər
18.08.2015 22:54
"Hətta Dağıstan da kvotanı bağlamayıb”.

Rusiya müsəlmanları Səudiyyə Ərəbistanındakı müqəddəs yerlərə ziyarətdən imtina edirlər. Səbəb kimi isə dolların məzənnəsinin dəyişməsi ilə əlaqədar səfərin artan qiyməti göstərilir.
 
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Rusiya Müftilər Şurasının sədr müavini Ruşan Abbəsov bildirib.
 
"Hələlik Kvotanı tam olaraq Krım bağlayıb – oradan 300-dən çox adam ziyarətə gedəcək. Digər regionlarda isə kvota açıq olaraq qalır. Ənənəvi olaraq ziyarətə ən çox zəvvar göndərən Dağıstan belə kvotanı bağlamayıb”, - deyə, Abbəsov bildirib.
 
Onun sözlərinə görə, səfərin qiyməti 3,5 min dollara yaxın təşkil etsə də, Krım sakinlərinin güzəştləri var – səfərin qiymətinin təxminən 30%-ni respublika hökuməti ödəyir.
 
Abbəsov həmçinin bildirib ki, bu il böyük ehtimalla 16,4 mindən az rusiyalı Həcc ziyarətinə gedəcək. Səudiyyə Ərəbistanı Rusiyaya məhz bu qədər kvota təqdim edib.
 
O, həmçinin kvotanın regionlar arasında təkrar bölünməsi imkanlarını da istisna etməsə də, hələlik bu barədə qərarın qəbul olunmadığını vurğulayıb.
 
Əlavə çətinliklər isə onunla bağlıdır ki, bu ildən Səudiyyə Ərəbistanına səfər etmək üçün biometrik pasport lazımdır. Bu səbəbdən bəzi regionlarda kvota azaldılıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol