• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya hərbiyyəsi yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

Rusiya hərbiyyəsi yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
19.08.2015 12:26
Cənub Hərbi Dairəsinin məlumatına görə Ermənistanın Kamxud yüksək dağlıq təlim-məşq kompleksində pilotsuz təyyarələrlə manevrlərə artıq başlanıb

Rusiya bildirib ki, ölkənin cənubundakı Həştərxan vilayətində yerləşən Aşuluk bazasında hava hücumundan müdafiə manevrlərinə başlanıb.

Rusiyanın Müdafiə Nazirliyi bildirir ki, avqustun 18-də başlanan genişmiqyaslı manevrlər bütün MDB üzrə 20 havadan müdafiə və zenit birliklərini əhatə edəcək və sentyabrın 11-ədək davam edəcək.

Rusiyanın "döyüşən birliyi”ndə Ermənistan da var

"Döyüş Birliyi 2015” adlanan hərbi təlimlərdə Rusiya ilə yanaşı Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Ermənistan da iştirak edirlər.

Nazirlik bildirir ki, bu təlimlərə minədək hərbçi, yer-göy müdafiə tipli raketlər, döyüş təyyarə və helikopterləri çıxarılacaq.


İnterfax agentliyi daha təfərrüatlı məlumat verərək bildirir ki, təlimlərdə S-400 Triumf, S-300 "Favorit” raket sistemləri, MiG-29, Su-24, Su-34, Su-27, Su-30, Su-25, MiG-31 və Tu-22 təyyarələri, Mi-8AMTŞ helikopterləri və başqa texnikadan istifadə olunacaq.

Bu da xəbər verilir ki, təlimlərin birinci fazasından sonra canlı qüvvə və hərbi texnika Həştərxandakı Aşuluk bazasında cəmləşdiriləcək.

Aşuluk Ukrayna-Rusiya sərhədinin 500 kilometrliyindədir (Aşulukdan Bakıya məsafə 681 kilometrdir).

"Rusiyanın cənubundan barıt iyi gəlir”

RİA agentliyi öz internet saytının analitika bölümündə dərc olunmuş məqaləyə belə başlıq verib.

Məqalədə deyilir ki, hazırkı manevrlərdə hərbçilər "təmas döyüşü” üslübündan "təmassız döyüş” metodunun öyrənilməsinə keçirlər. Bu isə yüksək dəqiqilikli artilleriya qurğularından dərinlikdə yerləşən hədəflərin vurulmasını nəzərdə tutur.

Məqalədə təlimlərdə həmçinin pilotsuz təyyarələrdən istifadə oluncağı bildirlir.

Qeyd edilir ki, bura Rusiya istehsallı "Orlan”, "Zastava”, Qranat” və "Leer” adlı dronlar daxildir.

Ermənistanda dron təlimləri

Məlumatın ən maraqlı hissəsi onun Cənubi Qafqazdan bəhs edən bölümüdür.

Müəlliflər bildirirlər ki, təlimlərdə Cənubi Osetiya və Ermənistandakı Rusiya hərbi bazaları iştirak edirlər.

Cənub Hərbi Dairəsinin məlumatına görə Ermənistanın Kamxud yüksək dağlıq təlim-məşq kompleksində pilotsuz təyyarələrlə manevrlərə artıq başlanıb.

Rusiya daha bir böyük hərbi təlimi Cənubi Qafqazın qonşuluğunda– Dağıstanda keçirir.

Rusiyanın astrakhan-24.ru internet saytında yayılmış məlumata görə Dağıstanda Rusiya Xəzər Dəniz Donanmasının təlimlərinə başlanıb.

Adanak poliqonu

Xəbər verilir ki, Dağıstandakı Adanak poliqonunda özüyeriyən artilleriya batareyaları və dəniz piyadalarının tank əleyhinə birlikləri "döyüş” sınağından çıxarılacaq.

7 gün davam edəcək bu təlimlərdə 100 dəniz piyadası və 30 ədəd hərbi texnika növü iştirak edir.

Bunların sırasında SAU "Nona” artilleriya qurğuları, tank əleyhinə "Rapira” topları, "Metis” və "Faqot” idarəolunan raket qurğularıvar.

Artilleriyanın təlim təmrinləri yürüş, döyüş mövqelərinin tutulması, atəşə hazırlıq və kəşfiyyat sahələrini əhatə edir.

Rusiya-NATO qarşıdurması

İnternational Business Times qeyd edir ki, təlimlər Rusiya ilə NATO arasında gərginliyin yüksəldiyi vaxta təsadüf edir.

Ötən həftə Avropa Liderliyi Şəbəkəsi (European Leadership Network) analtik mərkəzindən verilmiş hesabatda bildirilirdi ki, Rusiya və NATO-nun iriqmiqyaslı təlimləri iki tərəfin mümkün münaqişəyə hazırlaşdığını göstərir.

Mərkəzin direktoru Ian Kearns "The Guardian” qəzetinə bildirib ki, tərəflər təlimlərin müdafiə yönlü olduğunu vurğulasalar da risk faktoru qalır.

Hesabatda Rusiyanın mart ayında 80 minlik qoşunla "qəfildən” keçirdiyi manevrlər və NATO-nun iyun ayında 22 ölkənin 15 minlik qoşunu ilə keçirdiyi təlimlər misal gətirilir. /Azadliq.org

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol