• $
  • €
  • ₽
  • ₺
  • £

Saakaşvili: Rusiya dağılacaq

Saakaşvili: Rusiya dağılacaq
19.08.2015 16:13
"Vor zakonlar qorxaqdırlar”.

Putindən sonra – düzdür, nə qədər tez baş verəcəyini bilmirəm, lakin onun böyük, hər şeyi özünə bağlayanda yaranan mexaniki yorğunluğu hiss olunur, – Putindən sonra Rusiyada iki-üç il xaos olacaq. Vertikallardan sonra (hakimiyyət vertikalı – red.) qarışıq vaxtlar gəlir, çox qanlı vaxtlar olmasa yaxşı olar.

Bundan sonra... Şimali Qafqaz ayrılacaq, Tatarıstan və Başqırdıstan özünü yada salacaq, Uzaq Şərq çoxdan Yaponiya və Çinə meyllidir... SSRİ-dən sonra baş verənlər təkrarlanacaq. Luqansk və Donetskə gəldikdə isə, sovet qoşunlarının çıxdığı Əfqanıstanda baş verənlər təkrarlanacaq. Bu şəhərlər Ukraynanın olub və olacaq da.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın "Novaya qazeta”sına müsahibəsində Ukraynanın Odessa vilayəti dövlət administrasiyasının rəhbəri, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili gələcəkdə Luqansk və Donetskin taleyinin necə olacağı barədə sualı cavablandırarkən bildirib.

Odessada işindən danışan Saakaşvili qeyd edib ki, rüşvətxorluqla mübarizə çox asandır:

"Mən bilmirəm kim rusiyalıların beyninə yeridir ki, rüşvətxorluğa qalib gəlmək mümkün deyil. İki-üç real addım atmaq kifayətdir ki, insanlar qayanın yerindən tərpəndiyini başa düşsünlər”.

Saakaşvili həmçinin məşhur gürcü teatr rejissoru Robert Sturua ilə arasında yaşanmış münaqişədən danışıb:

"Ona görə ki, onun dostlarının oğlunu ota görə (marixuananı nəzərdə tutur – red.). O, daxili işlər nazirinə zəng etdi və dedi: bilirsən, elə yaxşı oğlandır, qoy buraxsınlar... Ona isə cavab verdilər: bizim sizə hörmətimiz böyükdür, amma qanunla hərəkət edəcəyik. Sovet ziyalıları çox təəccübləndilər – onlar sovet qanunları ilə, dostluq-mafiya qanunları ilə yaşamağa öyrəşiblər axı... Amma məlum oldu ki, bu, daha keçərli deyil.

Bir dəfə böyük bir gürcü iyerarxı (din xadimi – red.) mənə dedi: siz "vor zakonları” ("qanuni oğrular – red.) necə qova bilərdiniz! Onlar bizə o qədər kömək edirdilər, kilsələrə ianə verirdilər... Odessada bir kilsə xadimi məndən liman məmuruna görə xahiş etdi. Mən çoxdan bu məmura diqqət yetirirdim, amma keşişin sözündən sonra onu dərhal işdən çıxartdım”.

Sakaaşvili "bəs nə üçün "vor zakonlar” indiyədək sizi öldürməyiblər?” sualına isə Saakaşvili belə cavab verib:

"Niyə öldürmürlər... Onlar qorxaqdırlar. Peşəkar cinayətkarlar ümumiyyətlə tez-tez qorxaq olurlar və onların sistemində də həmin korrupsiya işləyir”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol