• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə müvəqqəti hökumətin tərkibi müəyyənləşdi

Türkiyədə müvəqqəti hökumətin tərkibi müəyyənləşdi
20.08.2015 11:55
AKP-nin 11, HDP-nin 3 naziri olacaq, hökumətdə 12 müstəqil nazir yer alacaq

Növbədənkənar parlament seçkisinədək Türkiyəni idarə edəcək hökumətin tərkibi müəyyənləşib.  

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hökumətdə Ədalət və İnkişaf Partiyası (AKP) 11, Xalqların Demokratik Partiyası (HDP) 3 nazirlə təmsil olunacaq. Bundan başqa hökumətdə 12 müstəqil nazir yer alacaq. 

Məlumata görə, Milliyyətçi Hərəkat Partiyasının (MHP) ardınca Cümhuriyyət Xalq Partiyasının da seçkiyə qədərki hökumətdə təmsil olunmaqdan imtina edib. 
Avqustun 24-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş nazir səlahiyyətlərini icra edən Əhməd Davudoğluna müvəqqəti hökuməti qurmaq üçün mandat verəcəyi gözlənilir.

Bu hökumətdə baş nazir və onun 4 müavini, səhiyyə, təhsil, müdafiə, maliyyə, iqtisadi inkişaf,energetika, xarici işlər, gömrük və ticarət, ailə və sosial siyasət nazirlərinin AKP-dən, qida, kənd təsərrüfatı və heyvandarlıq, mədəniyyət və turizm, meşə və su təsərrüfatı işləri nazirləri HDP-dən olacağı ehtimal edilir.
İyunun 7-də parlament seçkisindən öncə hökumətdə tərəfsiz nazir kimi təmsil olunan ədliyyə naziri Kənan İpək, daxili işlər nazir Səbahəddin Öztürk, nəqliyyat naziri Feridun Bilginin isə müvəqqəti hökumətdə vəzifələrini qoruyacaqları gözlənilir.

Qeyd edək ki, AKP 2002-ci ildən başlayaraq keçirilən bütün parlament seçkilərində qalib gəlib və təkbaşına hökumət qurub. İyunun 7-də Türkiyədə parlamentə 25-ci çağırış seçkiləri keçirilib. Hazırda Türkiyə Böyük Millət Məclisində AKP 258, CHP 132, MHP 80, Xalqların Demokratik Partiyası (HDP) 80 millət vəkili ilə təmsil olunur. Məclis 550 deputatdan formalaşır.

İyulun 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 63-cü hökumətin qurulması vəzifəsini AKP sədri və baş nazir vəzifəsini icra edən Əhməd Davudoğluna tapşırmışdı. Ancaq onun CHP və MHP liderləri ilə görüşləri nəticəsiz başa çatıb. Ötən gün Ə.Davudoğlu koalisiya hökumətinin qurulması ilə bağlı mandatı ölkə prezidenti Rəcəb Tayib Ərdoğana təhvil verib.

Türkiyə Konstitusiyasına əsasən, 45 gün ərzində hökumətin qurulmasına nail olunmazsa, o zaman növbədənkənar seçkilər keçirilir. Bu baxımdan avqustun 23-də həmin müddət başa çatır. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol