• $
  • €
  • ₽
  • ₺
  • £

​Səudiyyə Ərəbistanında başlıq pulu azaldılır

​Səudiyyə Ərəbistanında başlıq pulu azaldılır
29.05.2020 05:54
Səudiyyə Ərəbistanında ərə getməyən qadınların sayının çox olması səbəbindən onlara verilən başlıq pulunun azaldılması haqda qərar qəbul edilib.

"Report" "News.ru"ya istinadən xəbər verir ki, bu haqda Məkkə əyalətinin valisi, Səudiyyə Ərəbistanı kralı Salmanın müşaviri Xalid əl-Faysal yerli hökumət orqanlarına uyğun göstəriş göndərib.

Həmin göstərişə əsasən, hazırda verilən başlıq pulu əgər gəlin bakirədirsə, 13,3 min dollar, gəlin bakirə deyilsə, boşanmış və ya duldursa, 8 min dollar azaldılacaq.

Bu addımın atılmasına səbəb kimi gəlinin ailəsinin istədiyi başlıq pulunun çox olması və qızların ərə getməsinin azalması göstərilib. Evlənmək üçün gəlinin ailəsinə verilən başlıq pulunun məbləği çox olduğundan, səudiyyəli kişilər əcnəbi qızlarla evlənməyə üstünlük verir.

Məlumatda bildirilib ki, 2010-2014-cü illərdə Səudiyyə Ərəbistanında ərə getməyənlərin sayı 1,5 milyondan 4 milyonadək çoxalıb.

Şahzadə Faysal krallıq valiləri və tayfa ağsaqqallarını ölkə ərazisində vahid və maksimum başlıq müəyyənləşdirilməsi ilə bağlı konfrans keçirməyə çağırıb.
Onun bu təşəbbüsünü iki din xadimi dəstəkləyib. Ciddədə kəbin müqavilələrinin tərtib edilməsinə məsul Şeyx Əli əl-Maliki bildirib ki, ölkədə hətta 2,66 milyon dollar məbləğində başlıq pulu verilməsi faktı da qeydə alınıb. 

Qeyd edək ki, İslam qaydalarına əsasən, kəbin zamanı oğlan tərəfindən qadına və ya qıza müəyyən məbləğdə başlıq, mehr vəd edilir. Ailələr arasında baş verən səmimi danışıqdan sonra İslam prinsipləri əsasında başlıq pulu ilə bağlı razılığa gəlməlidirlər. İslam qanunlarına görə, boşanma zamanı həmin məbləği kişi qadına verməlidir. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol