• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD rəhbərliyində “iki nömrəli” şəxs məhv edildi

İŞİD rəhbərliyində “iki nömrəli” şəxs məhv edildi
22.08.2015 16:05
İraqda ABŞ-a məxsus pilotsuz təyyarənin zərbəsi nəticəsində İŞİD terror qruplaşmasının rəhbərliyində "iki nömrəli” şəxs məhv edilib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, Ağ Ev  İŞİD rəhbərliyində "iki nömrəli” şəxs sayılan Hacı Mutazın avqustun 18-də İraq ərazisində məhv edildiyini təsdiqləyib.  
"İŞİD terror qruplaşmasının rəhbərliyində "iki nömrəli” şəxs sayılan, daha çox Hacı Mutaz adı ilə tanınan Fadhil Əhməd əl Xəyali avqustun 18-də  İraqın Mosul şəhəri yaxınlığında avtomobildə hərəkətdə olarkən ABŞ-a məxsus pilotsuz təyyarənin zərbəsi nəticəsində  məhv edilib”, deyə Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Ned Prays bildirib.   

Onun sözlərinə görə, Əl Xəyali ilə birlikdə İŞİD-də KİV-lərlə əlaqələrə cavabdeh olan Əbu Abdullah məhv edilib.  

MTX nümayəndəsi dəqiqləşdirib ki, Əl Xəyali İŞİD-də "baş əlaqələndirici” vəzifəsini icra edib. O İraq və Suriya arasında silah-sursat, nəqliyyat vasitələri və canlı qüvvənin daşınmasına cavabdehlik daşıyıb: "O İŞİD-in hər iki ölkədə əməliyyatların keçirilməsinə nəzarət edib, son iki ildə isə, əsasən,  İraqdakı əməliyyatlara rəhbərlik edib. İŞİD-in 2014-cü ildə Mosula hücumunun planlaşdırılmasında əsas rol oynayıb”. Əl Xəyalinin, həmçinin, "Əl Qaidə” terror təşkilatının üzvü olduğu bildirilir. 

Ağ Ev İŞİD-in maliyyə və loqistika məsələlərinə görə cavabdeh olan Əl Xəyalinin ölümünün İŞİD-in əməliyyatlarına mənfi təsir göstərəcəyinə əmindir. Ned Prays Əl Xəyalinin İŞİD başçısı Əbu Bəkr əl Bağdadinin baş müavini olduğunu qeyd edib. 

 ABŞ ordusu İraqa yeridilənədək Əl Xəyali İraq ordusunun xüsusi təyinatlı dəstəsində xidmət çəkib. Səddam Hüseyn hakimiyyəti devrildikdən sonra Əl Türkmani (Əl Xəyali - red) ordu sıralarından uzaqlaşdırılaraq Kemp Bukka həbsxanasına yerləşdirilib. Azadlığa çıxandan sonra "İŞİD” terror qruplaşmasına qatılıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol