• $
  • €
  • ₽
  • ₺
  • £

Poroşenko: “Rusiya təcavüzü 2100 hərbçimizin həyatına son qoyub”

Poroşenko: “Rusiya təcavüzü 2100 hərbçimizin həyatına son qoyub”
24.08.2015 19:41
Bu gün Ukraynanın müstəqilliyinin 24-cü ildönümüdür.

APA-nın "112.ua” saytına istinadən verdiyi məlumata görə, əsas bayram tədbirləri Kiyevin mərkəzindəki Kreşşatikdə təşkil olunub. Burada 2,3 min əsgərin iştirakı ilə Müstəqillik Marşı keçirilib.   
 
Prezident Pyotr Poroşenko Müstəqillik Marşında nitq söyləyib. O, çıxışının çox hissəsini Donbasdakı müharibəyə həsr edib. P. Poroşenko Rusiya təcavüzü nəticəsində indiyə qədər 2100 Ukrayna hərbçisinin həlak olduğunu deyib: "Müstəqillik Günü İlovaysk ətrafındakı dəhşətli faciənin ildönümü ilə üst-üstə düşür. Bu faciə məhz Rusiya qoşunlarının Ukrayna ərazisinə birbaşa müdaxiləsinin nəticəsi idi. Düz bir il vaxt keçib, amma bu yara sağalmayıb, ağrı keçməyib. Ümumən isə qonşu dövlətin təcavüzü təxminən 2100 döyüşçümüzün həyatına son qoyub”. (Xatırladaq ki, bir il əvvəl Ukrayna qoşunları Donetsk vilayətinin İlovaysk şəhəri ətrafında mühasirəyə düşüb. Nəticədə 366 hərbçi həlak olub, 429-u yaralanıb.)        

P. Poroşenko bildirib ki, hazırda Donbasın işğal olunmuş ərazilərində təxminən 40 min nəfər silahlı var ki, onlardan 9 mini Rusiya hərbçiləridir. Ukrayna sərhədinə cəmləşdirilmiş Rusiya ordu hissələri isə 50 min nəfərdən ibarətdir. Dövlət başçısı Rusiyanın Ukraynanın dərinliklərinə birbaşa hərbi müdaxilə ideyasından vaz keçmədiyini söyləyib. O, Ukraynada həyata keçirilən 6 səfərbərlik zamanı 210 min nəfərin hərbi xidmətə çağırıldığını nəzərə çatdırıb. Prezident silahlı qüvvələrin yeni hərbi texnika və vasitələrlə təminatının davam etdiyini, ilin sonuna qədər orduya daha 300 ədəd zirehli hərbi texnika, 400 hərbi maşın, 30 min raket və döyüş sursatı veriləcəyini açıqlayıb.

 

P. Poroşenko çıxışından sonra Müstəqillik meydanına toplaşan insanlarla söhbət edib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol