• $
  • €
  • ₽
  • ₺
  • £

PKK komandanı döyüşçülərini təmkinə çağırdı

PKK komandanı döyüşçülərini təmkinə çağırdı
26.08.2015 11:59
Kürdüstan İşçi Partiyası – PKK-nın vəzifəli komandanlarından biri silahlı tərəfdarlarına lüzumsuz hücumlardan çəkinməyi əmr edib.

Kürdüstan İşçi Partiyası – PKK-nın vəzifəli komandanlarından biri silahlı tərəfdarlarına lüzumsuz hücumlardan çəkinməyi əmr edib.

PKK icraiyyə komitəsinin üzvü Duran Kalkan yeni atəşkəs elan etməsə də, deyib ki, öz xidmətlərində olan Türkiyə ordusu çağırışılarının və başqa əsgərlərin öldürülməsi PKK qaydalarına ziddir.

2 il yarımlıq atəşəkəsin pozulmasından bu yana 60 polis və əsgər PKK ilə silahlı toqquşmalarda həlak olub.

Türkiyənin Anadolu agentliyi bildirir ki, döyüşlərdə 800-dək PKK silahlısı öldürülüb.

Bu rəqəmi başqa mənbələrlə tutuşdurmaq mümkün olmayıb.

Kalkan deyib ki, o, döyüşçülərinə onlara hücum etməyən hərbçilərə atəş açmağı qadağan edir.

Qərb mediası yazır ki, bu çağırış PKK rəhbərliyinin öz döyüşçüləri üzərində nə dərəcədə nəzarətə malik olması barədə suallar doğurur.

Kalkan həmçinin Türkiyə əsgərlərinə müraciət edərək onları "Erdoğanın toruna” düşməməyə çağırıb.

PKK Erdoğanı qarşıdan gələn seçkilərdə inamlı qələbə qazanmaq məqsədilə atəşkəsi pozmaqda ittiham edib. /Azadliq.org

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol