• $
  • €
  • ₽
  • ₺
  • £

“Əli və Nino” Batumiyə qayıdacaq

“Əli və Nino” Batumiyə qayıdacaq
27.08.2015 14:15
"Zərər üçün məsuliyyət şirkətin üzərindədir”.

Avqustun 26-da demontaj zamanı zərər çəkən "Əli və Nino” hərəkət edən heykəli sentyabrın 5-də Batumidə Gürcüstanın Qara dəniz sahilində yeni yerində quraşdırılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Acariya muxtar respublikasının hökumətinin mətbuat xidməti bildirib.

Son illərdə Batuminin vizit kartına çevrilən heykəlin zədələnməsi xəbəri Gürcüstan sosial şəbəkələrində partlayış yaradıb. Şəbəkədə Əlinin Ninosuz şəkli və qəzəbli şərhlər yayılıb. Heykəli Batumi bulvarının 20 metr daxilinə aparmaq üçün tenderi udan şirkətdə zərərin trosun qırılması nəticəsində vurulduğunu bildiriblər.

"Demontaj zamanı heykəlin çəkdiyi zərərə görə bütün məsuliyyət "Arnabi 21” şirkətinin üzərindədir, bu şirkət tenderin şərtlərinə görə işləri həyata keçirir. Zərər elə də böyük deyil və müəllif ilə məsləhətləşmədən sonra az bir zaman ərzində "Əli və Nino”nun yeni yerində sentyabrın 5-i üçün başa çatacaq”, - mətbuat xidmətinin məlumatında bildirilib.

Mətbuat xidməti həmçinin bildirib ki, heykəlin köçürülməsi qərarı bir neçə ay bundan öncə, heykəlin təməlinin zədələndiyi aşkar edildikdən sonra verilib.

Məhəbbət heykəli adlanan "Əli və Nino” heykəlini 2011-ci ildə Batumi bulvarının başlanğıcında quraşdırıblar. Turistlər tərəfindən sevilən heykəlin müəllifi Tamar Kvesitadzedir.

İki nəhəng qadın və kişi fiquru Əli və Ninonu tərənnüm edir – bu, müxtəlif millətlərə və dinlərə aid olan, amma məhəbbətləri, sevgiləri vəziyyətdən üstün olan qız və oğlandır. Heykəlin yaradılmasında gürcü heykəltəraşının ilham mənbəyi Qurban Səidin azərbaycanlı oğlanın gürcü qızına məhəbbətini tərənnüm edən əsəri olub.

Yeddi metrlik heykəllər yalnız öz tarix və ölçüləri ilə yadda qalan deyillər. Hər axşam hər 10 dəqiqədə vəziyyətlərini dəyişərək və birləşənə qədər bir-birinə qarşı irəliləyirlər. Bundan sonra, geri qayıdır və yenidən birləşirdilər.
 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol