• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada Facebook-u bağlaya bilərlər

Rusiyada Facebook-u bağlaya bilərlər
27.08.2015 19:40
Şirkətdə yenilənmiş qanunu icra etmək niyyətində deyillər.

Facebook-un Skandinaviya, Mərkəzi və Şərqi Avropa, eləcə də Rusiyada ictimai siyasət üzrə direktoru Tomas Mirup bəyan edib ki, "Şəxsi məlumatlar haqqında” yenilənmiş qanunu icra etmək niyyətində deyillər.

Oxu.Az xəbər verir ki, Amerikanın Facebook sosial şəbəkəsi Rusiyada 2015-ci ilin sentyabr ayının 1-dən bağlana bilər.  

Bu mövqeyi Facebook nümayəndəsi, bu ərəfədə Rusiya federal rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiya Xidmətinin rəhbəri ilə görüşündə bildirib. Bir sıra məsələlərlə yanaşı, Rusiya vətəndaşlarının şəxsi məlumatları ilə işləyən şirkətlərin, bu məlumatları işləyərək onları Rusiyada saxlamaları məsələsi də müzakirə edilib.

Amma Facebook bu rejimdə işi iqtisadi cəhətdən səmərəli hesab etmir və bundan başqa, istifadəçilərin akkauntlarındakı məlumatı şəxsi məlumat hesab etmir. Eləcə də məlumatın serverlərdə saxlanıldığına görə, Rusiya istifadəçilərinin məlumatlarının ayrılmasının mümkünsüzlüyündən danışılıb.

Məlumatların saxlanılması üzrə Rusiya bazarının iştirakçıları, Facebook-un hələ ki, Rusiyada server yerləşdirmə arzusunu ifadə etmədiyini bildiriblər. Sentyabrın birində qüvvəyə minən qanunun tələbləri yerinə yetirilmədiyi təqdirdə Federal rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiya Xidməti Facebook-u qanunu pozan şirkətlər reyesterinə daxil edəcək və internet-provayderlərə müvafiq göstərişləri verməklə bu resursa girişi məhdudlaşdırmaq hüququna malik olacaq. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol