• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər Azıx mağarasının altını üstünə çevirirlər - FOTOLAR

Ermənilər Azıx mağarasının altını üstünə çevirirlər - FOTOLAR
31.08.2015 11:45
Xəbər verdiyimiz kimi, Azərbaycanın işğal altındakı Xocavənd rayonu ərazisində yerləşən Azıx mağarasında rəsmi Bakının icazəsi olmadan qanunsuz arxeoloji qazıntı işləri davam etdirilir.

Modern.az saytı xəbər verir ki, ermənilərə məxsus sosial şəbəkələrdə Azıx mağarasında aparılan qanunsuz ekspedisiya işlərini özündə əks etdirən ən yeni fotolar yerləşdirilib. Bu fotolardan məlum olur ki, əraziyə dəvət etdiyi beynəlxalq arxeoloqlar qrupunun köməyilə Azıx mağarasının altını üstünə çevirən Ermənistan rəhbərliyi növbəti fitnəkar əməllərə imza atmaqdadır.

Hazırda Azıx mağarasında qazıntı ilərini davam etdirən beynəlxalq arexeoloqlar qrupuna Ermənistan, İngiltərə, İrlandiya və İspaniya alimləri daxildir. Beynəlxalq tədqiqatçılar qrupuna İspaniyanın Madrid şəhərində yerləşən Təbiət Elmləri Milli Muzeyinin əməkdaşı Yolanda Fernandez-Jalvo və Ermənistan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskopyan başçılığı edirlər.

Verilən məlumatlardan belə məlum olur ki, ermənilər Azıx mağarasındakı ekspedisiya işlərinə təkcə əcnəbi ailmləri cəlb etməyiblər, bura həm də xarici elm ocaqlarında təhsil alan aspirantlar, dissertantlar və eyni zamanda jurnalistlər dəvət olunublar. 
Ekspedisiya qrupu Azıx mağarasındakı son qazıntılar nəticəsində dünya elminə gərəkli olan çoxlu qiymətli materiallar aşkar edib. Şübhəsiz ki, bu tapıntılar dünyaya erməni maddi tarixi-mədəniyyət nümunələri kimi təqdim ediləcək.

İşğal altındakı Fizuli şəhərindən 16 km aralıda yerləşən, Qururçay sahilindəki məşhur Azıx mağarası ibtidai insanların yaşayışını, məişətini və dünyagörüşünü tədqiq etmək baxımından həmişə alimlər üçün böyük maraq kəsb edib. 
Hazırda Qarabğdakı separatçı rejimin nəzarəti altında olan Azıx mağarasında qanunsuz tədqiqat işləri 1999-cu ildən başlayaraq bu günümüzdə də davam etdirilir.  
300-350 min il bundan əvvl yaşamış insanların izləri, alətləri və qədim heyvanların aşkar olunmuş sümükləri ekspedisiyanın sonunda Ermənistan və Qərb ölkələrinin muzeylərinə göndərilir.

Modern.az saytı Azıx mağarasında çəkilmiş ən son fotoşəkilləri təqdim edir.
 







www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol