• $
  • €
  • ₽
  • ₺
  • £

FİFA islahatlar keçirir

FİFA islahatlar keçirir
04.09.2015 22:47
Fransua Karrar deyib ki, sentyabrın sonunadək ilkin dəyərləndirmə FİFA-nın İcraiyyə Komotəsinə təhvil veriləcək

Beynəlxalq Futbol Federasiyalar Assosiasiyası (FİFA) mümkün islahatları keçirmək üçün bütün sahələr üzrə böyük işlər görüb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu FİFA-nın islahatlar üzrə komitəsinin sədri Fransua Karrar İsveçrənin paytaxtı Berndə keçirilən birnci iclasın yekunlarına həsr edilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, qurumun Müşahidə Şurasının sədri Domeniko Skala da komitənin birinci iclasında iştirak edib.

Fransua Karrar deyib ki, sentyabrın sonunadək keçirilən tədbirlərlə bağlı ilkin dəyərləndirmə FİFA-nın İcraiyyə Komitəsinə təhvil veriləcək.
Komitənin ikinci iclası sentyabrın 16-18-də Berndə keçiriləcək.
Qeyd edək ki, bu il mayın 27-də ABŞ ədliyyə qurumunun müraciəti əsasında Sürix polisi FİFA-nın 14 keçmiş və hazırda fəaliyyətdə olan futbol funksionerini, o cümlədən Cefferi Uebbi həbs edib. ABŞ Ədliyyə Nazirliyinin hesablamasına əsasən, həmin məmurlar son 24 ildə 150 milyon dollara yaxın rüşvət alıblar.

Bu ilin mayında FİFA-nın bir neçə yüksək vəzifəli məmuru korrupsiya ittihamı ilə həbs olunub. İstintaqın əsas obyektləri "DÇ-2018" (Rusiya) və "DÇ-2020"-yə (Qətər) ev sahibi seçilməsində ehtimal olunan korrupsiya məsələsidir. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol