• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ: İŞİD kimyəvi silah düzəldir

ABŞ: İŞİD kimyəvi silah düzəldir
11.09.2015 13:28
ABŞ hökümətində belə inanc var ki, "İslam Dövləti" qruplaşması kimyəvi silah düzəldir və onları İraq və Suriyada istifadə edir, ABŞ rəsmisi BBC-ə deyib.

ABŞ, İraq və Suriyanın sərhəddində hər iki bölgədə ən azı dörd yerdə İD-in xardal silahından istifadə etdiyini müəyyənləşdirib.

Rəsminin sözünə görə, kimyəvi silah toz formasında istifadə edilib.

Türkiyə-Suriya sərhəddində BBC komandası bu iddiaları dəstəkləyən sübutlar görüb.

ABŞ inanır ki, qruplaşmanın bu silahları düzəldən şəbəkəsi var.

"Onlar xardaldan istifadə edir", İD üzvü deyib, "Bilirik ki, hazırlayırlar".

Xardal güman ki toz formasında ənənəvi partlayıcıları hazırlamaq üçün istifadə edilib, rəsmi qeyd edib.

Bu silah partlayanda xardal tozu hədəfin üzərinə səpilir.

Rəsmi vurğulayır ki, ABŞ İD-in bu ölümcül kimyəvi silahı müxtəlif yolla əldə etdiyinə inanır.

İlk güman edilən variant budur ki, İD xardalı yetişdirir.

Başqa variant budur ki, qruplaşma xardalı İraq və ya Suriyadakı kimyəvi silah anbarlarında tapıb.

Lakin bu variant o qədər də düzgün hesab edilmir, çünki belə halda ABŞ 10 il öncə burada hərbi əməliyyatlar apararkən onlara rast gəlməli idi.

Həmçinin İD Suriya höküməti 2013-cü ildə ABŞ-ın hava hücumlarından sonra silahları təhvil verdikdən sonra peyda olub.

Ən inanılası variant isə budur ki, İD xardalın çox yayıldığını və mürəkkəb kimyəvi silahj olmadığını vurğulayaraq ondan istifadə edir.

BBC Azeri

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol