• $
  • €
  • ₽
  • ₺
  • £

Macarıstan: miqrantlarla “heyvan kimi” rəftar edilib

Macarıstan: miqrantlarla “heyvan kimi” rəftar edilib
11.09.2015 19:59
 Macarıstanın Serbiya ilə sərhədində yerləşən düşərgədə miqrantlara ərzaq torbalarının atıldığı görüntülər yayımlanıb.

Görüntüləri lentə almış avstriyalı qadın bildirib ki, miqrantlarla "heyvan” kimi davranılıb. O, Avropa dövlətlərini sərhədləri açmağa çağırıb.

Mərkəzi Avropa ölkələri, Almaniya və Lüksemburqun miqrant böhranı ilə bağlı görüşəcəyi gözlənilir.

Almaniya, hər bir Aİ ölkəsinin müəyyən sayda miqrantı qəbul etməsi üçün kvoto sistemini təklif edir.

Avropa Komissiyası hər il əlavə 120 min sığınacaq axtaranın 28 üzv ölkə arasında bölüşdürülməsini istəyir – keçən dəfə bu rəqəm 40 min nəfər idi.

Lakin Çex Respublikası, Macarıstan, Polşa və Slovakiya təklifləri rədd edib.

Son bir neçə həftədir ki, onminlərlə miqrant münaqişənin baş verdiyi Suriya və Liviya kimi ölkələrdən qaçmağa çalışır.

Onlardan bir çoxu Macarıstandan Almaniya, Avstriya və İsveç kimi varlı və daha liberal sığınacaq qanunlarına malik Aİ ölkələrinə üz tutur.

Macarıstan miqrantların şimala doğru səfərində, əsas nöqtələrdən birinə çevrilib. Bu il ərzində Macarıstana 150 mindən çox miqrant daxil olub.

Görüntülər Macarıstandakı Roszke düşərgəsində lentə alınıb. Bura, şimala və qərbə doğru hərəkət edən miqrantların əsas keçid məntəqlərindən biridir.

Video görüntülər düşərgəyə yardım gətirən Avstriya Yaşıllar partiyası siyasətçisinin arvadı Michaela Spritzendorfer və jurnalist və fəal Klaus Kufner tərəfindən lentə alınıb.

"Bu insanlar üç aydır ki, dəhşətli yol keçir,” Spritzendorfer BBC-ə bildirib.

"Onlardan əksəriyyəti dənizdən keçib, qayıqlarda olub və meşələrdən keçməli olub və başlarına dəhşətli hadisələr gəlib. Biz avropalılar isə onları düşərgələrdə heyvan kimi saxlayırıq. Sərhədləri açmaq indi doğrudan da Avropa siyasətçilərinin məsuliyyətidir,” Spritzendorfer deyib.

Macarıstandakı miqrantlara yetərli dəstəyin göstərilməməsi fəalların tənqidlərinə məruz qalıb.

Human Rights Watch təşkilatında təcili yardım direktoru olan Peter Bouckaert Roszke düşərgəsindəki vəziyyəti "insanlıq xarici” adlandırıb.

Praqada keçirilməsi planlaşdırılan görüş öncəsi Çexiya xarici işlər nazirliyi bildirib ki, görüşün məqsədi "bəzi çətin məsələlər üzrə Aİ üzv ölkələri arasında qarşılıqlı anlaşmaya nail olmaqdır”.

Çərşənbə günü Macarıstan ordusu gələcəkdə sərhədlərin miqrantlardan qorunması və insan axınının qarşısını almaq üçün hərbi hazırlıqlara başlayıb. Bu addım insan haqları təşkilatlarının tənqidinə məruz qalıb.

Ölkənin Serbiya ilə sərhədində yeni məftil maneələr çəkilib.

Macarıstana gələn həftəyə qədər daha 40 min miqrantın gələcəyi bildirilir. //bbc.com/azeri

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol