• $
  • €
  • ₽
  • ₺
  • £

Facebookdan daha bir yenilik

Facebookdan daha bir yenilik
16.09.2015 09:48
Facebook sosial şəbəkə istifadəçilərini daha bir yeniliklə sevindirəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə Facebookun yaradıcısı Mark Zukerberq bildirib. Onun sözlərinə görə, yeni "dislike" (bəyəmirəm) düyməsinin hazırlanması üçün işlər gedir.

Bir müddət əvvəl isə Facebook rəhbərliyi bu düymənin yaradılmasından imtina edirdilər. Çünki 1.5 milyard iştifadəçi pozitiv emosiyalarla şəbəkəyə bağlı idilər.

Sosial şəbəkə istifadəçiləri dəfələrlə şirkətə müraciət edərək "dislike" düyməsinin yaradılmasını xahiş etmişdilər. Şirkət rəhəbərliyi çoxsaylı xahişləri nəzərə alaraq Facebookda bu düyməni işə salmağa qərar veriblər.


Zukenberq bu düymənin yaradılmasını digər bir səbəbinin son dövrlərin ən böyük problemlərindən biri olan miqrantlarla bağlayıb. Kimsə qaçqınların vəziyyətinə etiraz edir və ya onların vəziyyətinə acıyırsa, o zaman bu düymədən istifadə edə biləcək.

İstifadəçilər "like” düyməsi ilə xoş münasibətlərini bildirə bilirdisə yeni yaradılacaq "dislike” düyməsi vasitəsi ilə etiraz hissini bildirə biləcək.

Amma düymə hələlik kütləvi şəkildə istifadə edilməyəcək. Bir müddət sınaq layihə kimi nəzərdən keçirildikdən sonra tamamilə istifadəçilərin öhdəsinə buraxılacaq.

1 milyardan çox istifadəçisi olan sosial şəbəkə 2004–cü ilin fevral ayında Harvard Universitetinin tələbəsi Mark Zukerberq tərəfindən yaradılıb. Yeni sayt Harvard Universiteti tələbələrinin görüş yeri kimi hazırlanmışdı. Bununla yanaşı, aktiv iştirakçıların sayı 66 milyonu aşmışdı və illik satışlar təxminən 150 milyon dollar olurdu.

2 oktyabr 2009-cu il tarixindən etibarən sayt rəsmi olaraq Azərbaycan dilində də fəaliyyət göstərir. Hazırda Azərbaycanda istifadəçilərinin sayı 1 milyondan çoxdur.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol