• $
  • €
  • ₽
  • ₺
  • £

İmamlar “love story”yə qarşı çıxdılar

İmamlar “love story”yə qarşı çıxdılar
18.09.2015 20:52
"Mentalitetimizə ziddir”.

Özbək rəsmiləri və imamları toy valsının ənənələrə zidd olduğunu elan ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə "Ozodi” ("Azadlıq Radiosu”nun yerli xidməti) məlumat yayıb.

Daşkənddə toyların təşkili və keçirilməsi ilə məşğul olan şirkətlərdən birinin sahibinin sözlərinə görə, ona Respublika mədəniyyət və maarif mərkəzinin nümayəndələri müraciət edərək "özbək toylarında vals təşkil etməməyi və bu qəbildən olan mərasimlərin əvvəlində yeni evlənənlərin məhəbbətinin tarixini əks etdirən "love story”lərin göstərilməməsini tövsiyə ediblər”.

"Öncə onlar zəng etdilər, sonra isə iclasa çağırdılar və vals ilə love story-nin bizim mentalitetə uyğun olmadığını izah etməyə başladılar”, - o, deyib.

Şirkət nümayəndələri bildiriblər ki, hökumət yanında qadınlarla iş üzrə komitə ictimai təşkilatlarla bərabər  "Özbək toylarının keçirilməsini qaydaya salmaq və qərb ölkələrinin kütləvi mədəniyyətinin özbək toylarına mənfi təsirinin kökünü kəsmək məqsədi ilə tədbirlər” hazırlayıb.

Eləcə də qeyd edilir ki, Özbəkistanın paytaxtında məscidlərdə imamlar cümə namazlarında yeni evlənənlərin vals oynamasının milli ənənələrə xas olmamasına dair moizələr oxuyurlar.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol