Ana bətnində olarkən qəlpə yarası alan uşaq doğuldu

Suriyada həkimlər bir möcuzəni gerçəkləşdiriblər. Onlar yaralı halda xəstəxanaya çatdırılan hamilə qadını və bətnindəki uşağın həyatını xilas edə biliblər.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Suriyanın Hələb şəhərində baş verən daxili döyüşlər zamanı artilleriya mərmisinin partlaması nəticəsində hamilə qadın yaralanıb. Təcili xəstəxanaya çatdırılan qadın əməliyyat olunub və körpəsi dünyaya gəlib. Yenicə dünyaya gələn uşağın başından qəlpə yarası aldığı məlum olub və həkimlər onu da əməliyyat eləmək məcburiyyətində qalıblar.
Hazırda həm ananın, həm də körpənin səhhəti normal hesab olunur.
Balacaya "ümid" mənasını verən "Amal" adı qoyulub.
www.ann.az
























