• $
  • €
  • ₽
  • ₺
  • £

​Bu gün Putinlə Ərdoğan görüşəcək

​Bu gün Putinlə Ərdoğan görüşəcək
23.09.2015 11:01
 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Moskvada Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşəcək.

"Report" Kremlin rəsmi saytına istinadən xəbər verir ki, Türkiyə prezidenti yenidənqurma və bərpadan sonra istifadəyə verilən Moskva "Cümə" məscidinin açılışında iştirak edəcək.
Prezidentlərin "Türk axını" qaz kəməri layihəsini, ikitərəfli siyasi-iqtisadi əməkdaşlığın hazırkı durumunu, habelə beynəlxalq aləmdə və bölgədəki vəziyyəti müzakirə edəcəkləri gözlənilir.

Türkiyə və Rusiya liderləri sonuncu dəfə bu il iyunun 12-də Bakıda Birinci Avropa Oyunlarının açılış mərasimi tədbirləri çərçivəsində görüşüblər. Dövlət başçıları ikitərəfli əlaqələrdən razı qaldıqlarını bəyan etsələr də, iki ölkə arasındakı ticarət dövriyyəsinin azalmasını etiraf etmişdilər.

Xatırladaq ki, Moskvada "Cümə" məscidinin yenidən qurulması və bərpasına 2005-ci ilin mayında başlanılıb. Bu işlərə 170 milyon dollar xərclənib.
Təmir və yenidənqurma işləri zamanı bu ibadət yerinin sahəsi 20 dəfə böyüdülərək, 19 min kv. metrə çatdırılıb.

Qeyd edək ki, məscid 1904-cü ildə tatar tacir Saleh Yusup oğlu Ərzin maliyyəsi hesabına tikilib. Arxitektoru Nikolay Alekseyeviç Jukovdur. Bu, sovet dövründə bağlanmayan yeganə məscid olub. Onun tikintisinə azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev də ianə ayırıb.

1980-ci ildə Moskva olimpiadası keçirilən il hökumət məscidi söküb, yerində idman kompleksi tikmək istəyib. Ancaq müsəlman ölkələri və Moskvadakı din xadimlərinin etirazı nəticəsində sovet rəhbərliyi məscidi sökmək planından imtina edib. Məscidin günbəzinin hündürlüyü 46 metrdir.

Orada 10 minə yaxın müsəlman eyni vaxtda namaz qıla bilər. Əvvəllər orada 500 nəfər eyni vaxtda ibadət edə bilirdi. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol