• $
  • €
  • ₽
  • ₺
  • £

BƏƏ-də robot həkimlərdən istifadə ediləcək

BƏƏ-də robot həkimlərdən istifadə ediləcək
23.09.2015 23:21

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) robot polislər, kompüterləşmiş parklama və onlarla digər elektron köməkçilərə yerli tibb xidmətləri bazarında həqiqi inqilab edəcək robot həkimlər əlavə olunub. İlk belə aparat Hatta hospitalında istifadəyə verilib.
 
"Dubai Robo Doc” adlanan yeni avadanlıq xəstələrin distansiyalı müalicəsi sisteminin tərkib hissəsi olmaqla yaxın vaxtlarda ondan ölkənin on beş ən böyük tibb müəssisində istifadə edilməyə başlanılacaq.
 
"Bu texnika sayəsində həkimlər xəstələri uzaq məsafədən müayinə edə biləcəklər. Avadanlıq çoxlu müasir diaqnostik vasitələr ilə təchiz edilib və müvafiq hazırlıqlardan sonra ondan bütün həkimlər yararlana biləcək”, - həkim Moin Fikrin bildirib.
 
Kiçik robot xəstəxanada hərəkət edə və ölkənin istənilən hissəsində yerləşə biləcək xüsusi əməliyyat mərkəzinin mütəxəssisi tərəfindən idarə oluna bilər. Kamera və digər xüsusi qurğular vasitəsilə həkim xəstəni müayinə edərək müalicəni təyin edir.
 
Mütəxəssislərin qiymətləndirməsinə görə, robot həkim tibbin gələcəyidir.
 
Təsdiq olunmuş plana əsasən, "Robo Doc” ilkin mərhələdə BƏƏ-nin əksər tibb müəssisələrində istifadəyə veriləcək. Sonradan onun mobil modifikasiyası ilə bütün təcili yardım karetlərinin təchiz edilməsi nəzərdə tutulur ki, bu da bilavasitə yolda və ya hadisə yerində diaqnoz qoymağa imkan verəcək, - "TASS” yazır.   

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol