• $
  • €
  • ₽
  • ₺
  • £

Çinlilər dünyanı şok etdi - tük qədər incə, polad qədər güclü maddə

Çinlilər dünyanı şok etdi - tük qədər incə, polad qədər güclü maddə
30.09.2015 23:27
Çinli elm adamları "tük qədər incə olmasına rəğmən polad kimi qüvvətli super maddə" kəşf edib. Kəşf edilən maddə özündən 40 min dəfə ağır yükü daşıya bilər.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Çin Elmlər Akademiyasının Keramika İnstitutunun alimləri yeni maddə ixtira ediblər. Alimlərin iddiasına görə, bu maddə əyilmədən, sınmadan özündən düz 40 min dəfə ağır olan yükü daşımağa qadirdir.

Qrafendən (karbonun çoxatomlu təbəqəsi - red.) əldə edilən bu maddə 1 kvadratsantimetr ölçüdə 1 tondan çox təzyiqə dözüm göstərə bilir. Bu maddə indiyə qədər əldə edilənlərdən dəfələrlə yaxşı göstəricidir.

Orijinal həcminin 5 faizi qədər sıxışdırılan super maddə yenidən əvvəlki görünüşünə dönə bilir. Sıxışdırılma prosesinin dəfələrlə təkrarlanmasına baxmayaraq super maddə heç bir zərər görmür. 

Bundan əlavə bu maddə istiyə qarşı da dözümlüdür. Artıq bu maddədən raket və mərmilərdən qorunma texnologiyasında istifadə edilməsinin yolları araşdırılır. Kəşflə bağlı "Advanced Material" jurnalında da məqalə dərc olunub.

Karbon atomunun qaymağı hesab olunan qrafen maddəsini 2004-cü ildə rus əsilli ingilis elm adamları Andre Geim və Konstantin Novoselov kəşf ediblər. Bu kəşflərinə görə, hər iki alim 2010-cu ildə fizika üzrə Nobel mükafatına layiq görülüblər. 

Son dərəcə incə görünüşə malik və bir sıra xüsusi özəlliklərə sahib qrafen bir dəqiqə ərzində enerji ilə dolan batareyaların, kağız qədər incə mobil telefonların, gülləkeçirməz paltarların istehsalçılarının diqqətini çəkib.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol