• $
  • €
  • ₽
  • ₺
  • £

Suriyalı qaçqınları geri qaytaracaq

Suriyalı qaçqınları geri qaytaracaq
01.10.2015 14:57

US prezidentliyinə iddialı Donald Trump Rusiyanın Suriyaya hava zərbələrini dəstəkləyib və deyib ki, 2016-cı ilin noyabrında prezident seçilsə, minlərlə suriyalı qaçqını geri qaytaracaq.

Respublikaçıların aparıcı namizədi CNN televiziyasına danışıb. Bu arada Rusiya Suriyada İslam Dövləti hədəflərinə zərbələr endirdiyini bildirib. Qərb bu iddianı sual altına alıb.

"Baxın, Rusiya oraya girmək istəyirsə, səmimi deyim, yaxşı olardı, vahid cəbhədə gedək. Rusiya İŞİD-i vurmaq istəyirsə..., bəlkə bu, Birləşmiş Ştatlara 200 min nəfərin gəlməsilə nəticələnən böyük miqrasiyanı sabitləşdirər…” Trump deyib.

"Qalib gəlsəm, bunu sizə indi demək istəyirəm, həmin 200 min nəfər geri qayıdacaq – onlar bunu bilsinlər və dünya da eşitsin… Biz 200 min nəfəri qəbul edə bilmərik, onlar İslam Dövləti yaraqlıları da ola bilər. Bilmirik onlar kimlərdir,” o, bildirib.

Obama administrasiyası indiyədək 1500 suriyalı qaçqını qəbul edib və bu yaxınlarda elan edib ki, 2017-ci ildə illik qaçqın kvotasını 70 mindən 100 minə qaldıracaq. /Azadliq.org

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol