• $
  • €
  • ₽
  • ₺
  • £

Həcc izdihamı: İran zəvvarları arasında ölənlərin sayı 464-ə çatıb

Həcc izdihamı: İran zəvvarları arasında ölənlərin sayı 464-ə çatıb
01.10.2015 23:59
İran ötən həftə həcc ziyarətində ölən vətəndaşlarının sayının 464-ə çatdığını bildirib. Bu əvvəl elan olunan rəqəmlərdən az qala ikiqat artıqdır.

Tehran yoxa çıxmış zəvvarlar arasında sağ qalanların tapılacağına inanmadığını deyib.

Səudiyyə rəsmilərinə əsasən Məkkə yaxınlığındakı Minada izdiham vaxtı 769 adam ölüb və daha 934 nəfər xəsarət alıb.

Səudiyyə Ərəbistanı həcc vaxtı təhlükəsizlik tədbirlərinin zəif təşkili və hadisədə ölən və yaralananlar barədə məlumatın açıqlanmasında ləngimələrə görə tənqid olunub.

Faciə şeytanı daşlama ayini zamanı iki istiqamətdən hərəkət edən izdihamın dar yerdə qarşılaşması nəticəsində baş verib. İran rəsmiləri ölənlərin ümumi sayının 1,000-dən artıq olduğunu deyirlər.

Pakistan, İndistan və İndoneziya da ölüm səviyyəsinin Səudiyyənin göstərdiyi 769-dan artıq olduğunu hesab edirlər.

İranın ali ruhani rəhbəri Səudiyyə Ərəbistanını ölümcül hadisəyə görə üzr istəməyə səsləyib. Ayətullah Əli Xamenei cəsədlərin vaxtında qaytarılmadığı təqdirdə Səudiyyəyə qarşı sərt addımların atılacağı barədə xəbərdarlıqla çıxış edib.

Saudiyyənin xarici işlər naziri Adil əl-Cübeyr İranı fəlakətlə "siyasi oyun” oynamamağa və kral Salmanın əmr etdiyi araşdırmanın nəticələrini gözləməyə çağırıb. //bbc.com/azeri
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol