• $
  • €
  • ₽
  • ₺
  • £

Dnepropetrovsk Şəhər Şurası uydurma "erməni soyqırımı"nı tanıyıb

Dnepropetrovsk Şəhər Şurası uydurma "erməni soyqırımı"nı tanıyıb
01.10.2015 23:18
Ukraynanın Dnepropetrovsk Şəhər Şurasının sentyabrın 30-da keçirilən iclasında gündəlikdən kənar qondarma "erməni soyqırımı" barədə sənəd qəbul olunub.

Dnepropetrovsk Azərbaycanlıları Konqresinin sədri Qüdrət Hacıyev APA-ya bildirib ki, Şəhər Şurasının son sessiyasının son iclasında tələsik belə bir sənədin qəbul olunması vilayətdəki Azərbaycan icması ilə yanaşı, digər xalqların, eləcə də vilayətin rəsmi qurumlarının təəccübünə və narazılığına səbəb olub.
 
Q. Hacıyev rəsmi qurumlardan topladığı məlumatlar əsasında Şəhər Şurasında qondarma sənədin necə qəbul olunmasına aydınlıq gətirib: "Yerli vaxtla saat 16:00-da keçirilən iclasda Dnepropetrovsk Şəhər Şurasının sədri, şəhər meri əvəzi Qalina Bulavka əvvəlcə iclasın gündəliyinə çıxarılan 8 məsələyə bir yerdə səs verilməsini xahiş edib. Deputatlar təqdim olunan sənədlərə toplu halda, müzakirəsiz səs veriblər. Səsvermədən sonra gündəliklə tanış olan Şəhər Şurasının deputatı Sergey Vorobyov qəbul olunan sənədlər arasında uydurma "erməni soyqırımı”nın tanınmasının da yer aldığını görüb və buna kəskin etirazını bildirib. Vorobyovun narazılığının kütləvi etiraza səbəb olduğunu görən Q. Bulavka tələsik iclası bağlı elan edərək zalı tərk edib. Biz hadisədən xəbər tutan kimi dərhal Q. Bulavka ilə görüşməyə cəhd göstərsək də, o, görüşdən qaçdı. Əminik ki, Bulavka erməni fitnəsinin qurbanı olub”.
 
Q. Hacıyev Azərbaycan diasporunun nümayəndələrinin Dnepropetrovsk şəhər merinin birinci müavini Anatoli Krupski ilə görüşdüklərini söyləyib. Görüş zamanı Şəhər Şurasının belə bir uydurma qərar qəbul etməsindən xəbərsiz olduğunu bildirən A.Krupski ciddi araşdırma aparılacağını və qərarın ləğv olunması üçün bütün imkanlardan istifadə edəcəyini vurğulayıb.
 
Qeyd edəık ki, Ukrayna Millətlər Assambleyasının sədri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin rəhbəri Rövşən Tağıyev məsələ ilə bağlı hər iki təşkilat adından Ukrayna prezidentinə və Ali Radaya etiraz məktubu hazırlandığını deyib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol