• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Ermənistanı tənqid etdi

Avropa Ermənistanı tənqid etdi
02.10.2015 14:07
Avropada geniş oxucu kütləsinə malik "Eureporter” jurnalının saytında Ermənistanda insan hüquqlarının pozulması hallarının tənqid edildiyi məqalə d

Modern.az -ın məlumatına görə, yazıda 23-24 sentyabr 2015-ci il tarixlərində Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkilatçılığı ilə keçirilən illik iclasında Sərhədsiz İnsan Hüquqları təşkilatının rəhbəri Villi Fautre tərəfindən açıqlanan Ermənistanda insan hüquqlarının pozulması ilə bağlı hesabata da yer ayrılıb. Hesabatda qeyd edilir ki, müstəqil məhkəmə hakimiyyətinin olmaması ölkədə insan hüquqlarının ümumi vəziyyətinin pisləşməsinin nümunələrindən biridir. 
Ermənistan QHT-lərinin qeyd etdiyinə görə vəziyyətin bu həddə çatmasının səbəbi ölkənin 2015-ci ilin əvvəlində Rusiyanın tərkibində olan Avrasiya İqtisadi İttifaqına qoşulmasıdır. Avropa İttifaqı Ermənistan hakimiyyətini baş verən bu hadisələrə səssiz qalmamağa, problemlərin aradan qaldırılması üçün tədbirlər görməyə çağırıb.

 Təhlükəli faktlar Ermənistanın insan hüquqları üzrə ombudsmanı, həmçinin iki nüfuzlu beynəlxalq təşkilat - BMT və Venesiya Komissiyası tərəfindən qeydə alınıb.

Ermənistanda insan hüquqlarının durumunun pisləşməsi ilə bağlı narahatlıqlar Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkilatçılığı ilə keçirilən illik iclasda Sərhədsiz İnsan Hüquqları təşkilatı tərəfindən də qeyd olunub. Adıçəkilən təşkilatın direktoru V.Fautre Varşavada çıxışı zamanı Ermənistanda insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərə istinadən qeyd edib ki, icra və məhkəmə hakimiyyətləri arasında asılılığın olması sistematik problemləri üzə çıxarır. Əsasən, məhkəmə hakimiyyətinin müstəqil olmaması insan hüquqlarının pozulması hallarının kütləvi hal almasına səbəb olur. V.Fautrenin qeyd etdiyinə görə, eyni zamanda Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması insan hüquqları sahəsində pozulmaların artmasına gətirib çıxarır.

O, qeyd edib ki, Moskva tərəfindən müəyyən edilmiş "Avrasiya dəyərləri” tez bir zamanda Ermənistanda insan hüquqları sahəsində fəaliyyət göstərən "xarici agentlər” adlandırılan hüquq müdafiəçilərinə təsirini göstərib. 


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol