• $
  • €
  • ₽
  • ₺
  • £

Kreml: Suriyadakı hərbi əməliyyat Rusiya-Türkiyə münasibətlərini korlamayacaq

Kreml: Suriyadakı hərbi əməliyyat Rusiya-Türkiyə münasibətlərini korlamayacaq
05.10.2015 17:40
"Moskva Suriyadakı hərbi əməliyyatların Rusiya-Türkiyə münasibətlərinin pisləşməsinə xidmət etməyəcəyini düşünür. İki ölkə arasında əməkdaşlığın olduqca möhkəm əsası var. Bu əməkdaşlıq hər iki tərəf üçün sərfəlidir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
 
Suriyadakı hərbi əməliyyatlara görə Moskva-Ankara münasibətlərinin korlanmasının mümkünlüyü barədə sualı cavablandıran D. Peskov bildirib ki, Türkiyə ilə ikitərəfli münasibətlər olduqca möhkəmdir: "O ki qaldı Rusiya təyyarəsi ilə bağlı məsələyə, həqiqətən də bizim səfir Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb, ona nota təqdim edilib. Orada müəyyən faktlar haqqında qeydlər edilib. Həmin faktlar yoxlanılacaq".
 
Qeyd edək ki, Türkiyə Rusiyaya nota verib. Buna səbəb Suriyada İŞİD-in obyektlərinə aviazərbələr endirən Rusiya qırıcı təyyarəsinin Türkiyə hava məkanını pozması olub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol